Beləliklə idrak prosesinin hissi və rasional pillələri bir-birindən ayrılmazdır. Onlar qarşılıqlı surətdə biri digərini tamamlayır . Belə ki,
birinci mərhələdə bu və ya digər dərəcədə rasional ünsürlər (əvvəllərdə
toplanılmış olan müxtəlif biliklərdən və mühakimə yürütmək
qaydalarından istifadə olunması şəklində) də iştirak edirlər. Eynilə də ra-
sional təfəkkür pilləsi xalis şəkildə mövcud deyildir. Bu pillədə müəyyən
hissi, emosional və empirik məzmun (müqayisə etmə, təsvir etmə, model
yaratma kimi formalar) vardır.
Idrak
prosesində izahetmə və anlama prosedurları da mühüm yer
tutur. Onlar qarşılıqlı surətdə bir-birini tamamlayır. Bə'zən buna diqqət
verilmir və izahtetmə ilə anlama bir-birilə ya eyniləşdirilir, ya da qarşı-
qaşıya qoyulur. Bu münasibətdə XIX əsrin sonundan etibarən geniş
yayılmış yenikantçılıq cərəyanının (V.Vindelband, H.Rikkert və başqaları)
mövqeyi səciyyəvidir. Onun nümayəndələrinin fikrincə təbiətin dərk
olunması ümumiləşdirmə metodu, sosial hadisələrin öyrənilməsi isə
fərdiləşdirilmiş metod ilə aparılır. Buna görə də təbiət elmləri izahetmə
metoduna, ictimai elmlər ilə anlama metoduna əsaslanır. Bu fikir dəqiq
deyildir. Əslində izahetmə və anlama həm təbiielmi, həm də sosial
elmlərdə istifadə olunur.
Izahetmə ümumi səviyyəli biliklərdən daha konkret və empirik
biliklərə keçid prosedurunu ifadə edir. Bu prosesdə insan digər konkret
bilikləri açıqlamaq üçün əvvəldən mövcud olan ümumi biliklərdən də
istifadə edir. Həmin prosedur, izaholunması nəzərdə tutulan hadisə və
proseslər haqqında doğru biliklərin əldə edilməsinə xüsusi diqqət yetirir.
Anlama proseduru izahetmə ilə sıx əlaqəlidir. Anlama mürəkkəb
prosesdir. Onun gedişində insan müxtəlif əməliyyatlar yerinə yetirir,
fikrən bir səviyyədən digərinə keçir. Bu prosesdə biliksizlikdən biliyə, az
bilikdən çox biliyə keçilir. Anlamanın idrakda mühüm rol oynadığını belə
bir faktdan görmək olar ki, hazırda anlama haqqında xüsusi elm-
hermenevtika elmi (Q.Qadamer, P.Rikyor, E.Betti və s.) geniş yayılmışdır.
Onun əsas vəzifəsi anlama prosesinin çətinliklərini açıb göstərmək, yazılı
və ya şifahi mətnin mə'na və əhəmiyyətinin açılmasına diqqət yetirməkdir.
Nəzərdə tutulmalıdır ki, anlama təkcə hazır biliklərin
mənimsənilməsindən ibarət deyildir. O xeyli dərəcədə yaradıcı xarakter
daşıyır. Belə ki, bu prosesdə həm də yeni biliklər yarana bilir. Bu xüsusən
292
də şüuraltı səviyyədən şüuri pilləyə (rasional səviyyəyə) keçid halında
özünü göstərir.