Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Idrak prosesinin (biliyin) strukturu



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə329/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   325   326   327   328   329   330   331   332   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

2. Idrak prosesinin (biliyin) strukturu 
 
Idrak prosesi mürəkkəb struktura malikdir. Onun tərkibində iki əsas 
səviyyəni (hissi və rasional) ayırmaq olar. Bu pillələrin hər biri öz 
növbəsində bir neçə formada çıxış edir. Birinci pillənin- 
hissi idrakın 
aşağıdakı formaları vardır: duyğu, qavrayış, təsəvvür və emosiya. 
Idrak ətraf dünyadakı hadisələrin insanın hiss üzvülərinə tə‟sirindən 
başlanır. Bu tə‟sir nəticəsində insanın beynində onlar in‟ikas edir və hissi 
obrazlar yaranır. Hissi pillə həm tarixi, həm də məntiqi mə‟nada 
1
Bax: Ильин В.В. Философия, с. 242-244. 


288 
yanaşdıqda idrakda ilkin yeri tutur. Bu pillə insanların hiss üzvlərinin, 
əsəb sisteminin və beyninin in‟ikas fəaliyətinin əsasında mümkün olur. 
Hissi idrak sayəsində insan dünyadakı obyektlər ilə bilavasitə təmasda 
olur. O insanların hissi- praktiki fəaliyyəti ilə sıx bağlıdır. Hissi idrakın 
ilkin forması-duyğu, xarici aləmin predmetlərinin insanın hiss üzvlərinə 
(görmə, eşitmə, iybilmə, dadbilmə və lamisə) tə‟siri ilə yaranır. Nəticədə 
həmin predmetlərin bu və ya digər xassələri bizə bəlli olur. Müasir elm 
sübut edir ki, informasiyanın qabiliyətinə görə birinci yerdə görmə və 
lamisə durur, sonra isə eşitmə, dadbilmə və iybilmə duyğusu gəlir.
Duyğular necə yaranır? Ətraf aləmdəki predmetlər bizim hiss 
üzvlərimizə tə‟sir etdikdə insan beynində bu tə‟sirə cavab reaksiyası kimi 
onların subyektiv obrazı əmələ gəlir. Beləliklə duyğu insana tə‟sir 
göstərən predmetin beyindəki subyektiv ideal obrazıdır. Lakin duyğu 
güzgüdə olduğu kimi passiv in‟kas deyildir. O hiss edən subyekt ilə 
dünyadakı əşya və proseslər arasındakı obyektiv əlaqələri əks etdirir. Buna 
görə də duyğu yalnız bu halda yarana bilir ki, bir tərəfdən orqanizmin hiss 
üzvləri normal fəaliyyət göstərsin, digər tərəfdən isə real təsir edən 
obyektlər mövcud olsur. 
Hissi idrakda görmə duyğusu xüsusilə mühümdür. Insan iki minə 
qədər rəngləri və rəng çalarlarını bir-birindən fərqləndirməyi bacarır.
1
Bu-
nunla yanaşı digər duyğular da mühüm rol oynayır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin