286
qanunauyğunluğu, prinsipi aşkar etmək məqsədi qoyur. Bundan fərqli ola-
raq praktiki idrakı təmsil edən subyektin (məsələn bir sahə mühəndisinin)
məqsədi mə‟lum olan cihaz və qurğu əsasında onların yenisini kəşf
etməkdir.
Bədii idrak
dünyanı və insanın burada yerini spesifik şəkildə əks
etdirir. O anlayışlara deyil, bədii obrazlara əsaslanır. Bədii idrakda
(ədəbiyyatda və incəsənətin müxtəlif sahələrində) irəli sürülən fikirlər
əyani və hissi qavranılan forma alır. Burada sənətkarın həyat təcrübəsi
xüsusi yer tutur. Sonra, bədii əsərlər öz orijinallığı ilə, yə‟ni
təkrarolunmazlığı ilə seçilir. Bədii əsərlərdə sənətkarın təxəyyülü və
dünyagörüşü onun yaratdığı obrazlarda ifadə olunur.
Dostları ilə paylaş: