283
Həm də nəzərdə tutulmalıdır ki, aqnostisizm çox vaxt bütövlükdə
dünyanın dərk olunmasını inkar etmir. Onun spesifikliyi maddi sistemlər
haqqında dəqiq biliklərin mümkünlüyünü inkar etməkdədir. Beləliklə aq-
tostisizm
əslində
maddi
sistemlərin,
təbiət
və
cəmiyyətin
qanunauyğunluqlarını dəqiq dərk etməyin mümkünlüyünü rədd edir.
1
Aqnostisizmin bir mənbəyini məntiqi relyativizm (nisbi deməkdir)
yə‟ni varlığın və idrakın bütün obyektlərinin dəyişkənliyinin
mütləqləşdirilməsi təşkil edir. Relyativistlər belə bir skeptik prinsipdən
çıxış edirlər ki, dünyada hər şey sürətlə dəyişir. Buna görə də bizim
obyektlər haqqında biliyimiz yalnız həmin an üçün vəziyyəti ifadə edir.
Odur ki, dünən həqiqi olan şey bu gün yalana çıxa bilir. Onların fikrincə
həqiqətin də dərman kimi işlədilmə müddəti vardır. Bu müddət keçdikdən
sonra o öz dəqiqliyini itirir.
2
Relyavitizmin müasir dövrdə geniş yayılmış növü konvensiona-
lizmdir (hərfi mə‟nası razılığa gəlmə deməkdir). Onun tərəfdarları qəbul
olunmuş biliklərin şərtiliyini göstərir. Onları müəyyən qrup alimlərin
razılığa gəlməsi kimi səciyyələndirirlər. Əlbəttə bu fikirdə müəyyən
həqiqət payı vardır. Belə ki, elmi dairələrdə aparılan mübahisələrin
məhsuldar olması naminə terminlərin məzmununa dair müəyyən şərtləşmə
həyata keçirilir. Lakin bu o demək deyildir ki, həmin şərtləşmə və ya
razılıq yalnız subyektiv xarakter daşıyır, onların məzmunu obyektiv deyil-
dir.
Insanın idrak fəaliyyəti nəticəsində
Dostları ilə paylaş: