Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə319/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   315   316   317   318   319   320   321   322   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

tsiklinə 
keçmək mümkün olür (bu zaman demək olar ki, heç nə 
itirilmir, dövr edir). Tullantısız və az tullantılı texnologiyaya keçid də bu 
işdə müstəsna rol oynayır. 
Müasir dövrdə ekoloji problem müəyyən qrupun, bir ölkənin 
mənafeləri çərçivəsindən kənara çıxır, ümumbəşəri, qlobal mahiyyət alır. 
Bir sıra başqa problemlərin həllində olduğu kimi burada da ümumbəşəri 
mənafe konkret mənafelərdən üstünlük təşkil edir. Bu isə təsadüfi deyildir. 
Söhbət bəşəriyyətin bu günü və gələcək inkişafı üçün lazım olan təbii 
şəraitin qorunmasından gedir. 


277 
Təbiət ilə cəmiyyət arasında qarşılıqlı münasibətlərin qorunub 
saxlanılması və normal 
təşkili noosfera anlayışında daha aydın ifadə 
olunur. 
Noosfera təbiət ilə cəmiyyət arasında münasibətlərin inkişafını elə 
səviyyədə tə‟min etməyi nəzərdə tutur ki, burada insanın səmərəli 
fəaliyyəti həm təbiətin, həm də cəmiyyətin inkişafının başlıca amili olur.
«Noosfera» anlayışı (yunanca-zəka deməkdir) ilk dəfə fransız 
riyaziyyatçısı və filosofu E Lerua və Fransız paleontoloqu və teoloqu 
P.Təyyar de Şarden tərəfindən irəli sürülmüşdür. Onlar bu anlayışı idealist 
dünyagörüşü əsasında izah edirdilər. Təyyar de Şardenə görə noosfera bir 
«düşünən təbəqədir», heyvan və bitki aləmi üzərində hərlənir, biosferadan 
kənarda, allaha doğru can ataraq sonsuzluqda yox olur. Lerua isə 
noosferanın başqa şəkildə izahını verir. Onun fikrincə noosfera biosferanın 
«mütərəqqi təkamülünü» başa çatdırır. Müəyyən vasitələrin köməyilə 
(sənaye, cəmiyyət, dil, intellekt və s.) biosfera noosferaya çevrilir. Noosfe-
ra haqqında V.I.Vernadski bütöv bir konsepsiya işləyib hazırlamışdır. In-
san- təbiət sisteminin ahəngdar inkişafını tə‟min etməyi qarşısına məqsəd 
qoyan noosferanın formalaşması çoxpilləli xarakter daşıyır. Bu, insanların 
məqsədyönlü fəaliyyəti nəticəsində dəyişdirilən biosferanı və kosmik 
fəzanı ( insanın perspektivdəki geniş ictimai fəaliyyət sahəsini) əhatə edir. 
Noosferanın təşəkkülü əvvəlcə yer kürəsini əhatə edən mərhələdən 
başlanır. Sonra biosferanın texniki və sosial cəhətdən dəyişdirilməsi baş 
verir. Daha sonrakı mərhələdə isə insanın dəyişdirici fəaliyyəti biosferanın 
hüdüdlarından kənara çığmağa meyl edir. 
Beləliklə, noosfera əvvəlki təkamülün qanunauyğun nəticəsi kimi 
meydana gəlir. Onun formalaşması prosesində, məkanca məhdud xarakter 
daşıyan biosfera özünəməxsus şəkildə inkar olunur, biosfera prosesləri ilə 
kosmik proseslərin daxili əlaqəsi maddiləşir. Insanın kosmosa çıxması 
obyektiv zərurət və materiyanın təkamülündə bir mərhələ kimi çıxış edir. 
Beləliklə əgər keçmiş dövrlərdə həyatın istehsalı və təkrar istehsalı iki 
tərəfi (yaşayış vasitələri və ictimai fərdlərin, yə‟ni insanların istehsalını) 
əhatə edirdisə, müasir dövrdə üçüncü tərəfin, (yə‟ni təbii mühitin özünün 
istehsalı və təkrar istehsalının) zəruriliyi ortaya çıxır. 
Nosfera insanın zəkalı fəaliyyəti ilə təbiətin şüurlu surətdə təşkil 
edilməsinin, idarə olunması və dəyişdirilməsidir. Söhbət ətraf mühitin 
ayrı-ayrı ünsürlərini deyil, insanın tabeliyində olan bütün təbii şəraitin və 
onu qoruyub saxlayan bütün texniki vasitələrin vahid kompleks halında 
birləşdirilməsidən gedir. Bu tə‟lim göstərir ki, təbiət-insan münasibətləri, 
şüurlu sürətdə, ağıllı və elmi əsaslarla idarə olunan xarakter kəsb 
etməlidir. Insan zəkası təbiəti dağıtmalı, pozmalı deyil, əksinə onu 
yeniləşdirməli və sağlamlaşdırmalıdır. 


278 


279 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin