273
müəyyən edir. Isti iqlimdə yaşayan xalqlar qocalar kimi zəif və kövrək
olurlar. Soyuq sərt iqlimdə yaşayanlar isə gənclər kimi igid olurlar
1
Qeyd etmək lazımdır ki coğrafi məktəb müxtəlif inkişaf
mərhələlərindən keçmişdir. Həmin məktəbi təmsil edən baxışlar müasir
dövrdə də davam etməkdədir. Bunu geopolitika nəzəriyyəsi və siyasəti
sübut edir. Bu nəzəriyyə işğalçılıq siyasətini əsaslandırmağa çalışır.
3. Ekoloji böhran və onun aradan qaldırılması
Yer kürəsinin insan tərəfindən təsərrüfat iqtisadi baxımdan
mənimsənilməsi artdıqca cəmiyyət ilə təbiətin qarşılıqlı əlaqəsi və asılılığı
daha da güclənir.
Buna görə də bəşəriyyətin gələcəyi naminə təbii
mühitin qorunması zəruri olur.
Müasir şəraitdə sosial-ekoloji mühitin vəziyyəti əvvəlki dövrlərdə
olduğundan daha çox narahatlıq doğurur. Ətraf mühitin qorunmasına
qayğı göstərmək hazırda ən mühüm siyasi və sosial problemlərdən birinə
çevrilmiş, qlobal xarakter almışdır. Indi ekoloji böhran digər qlobal
problemlər ilə vəhdətdə çıxış edərək beynəlxalq həyata əhəmiyyətli
dərəcədə tə‟sir göstərir, bəşəriyyətin gələcək mövcudluğunu ciddi təhlükə
halına alır. Bu təhlükə haradan irəli gəlir? Hər şeydən əvvəl
göstərilməlidir ki, hazırda insan fəaliyyəti öz miqyasına görə planetar
hadisəyə çevrilmişdir. Bu fəaliyyətin hüdudları durmadan artır və getdikcə
qeyri-məhdud xarakter alır. Insan fəaliyyəti təkcə biosferanı əhatə etməklə
məhdudlaşmır, o tədricən kosmik fəzanı da qavramaqdadır. Digər
tərəfdən, bizi əhatə edən biosferanın indiki məhsuldarlıq imkanları ilə ic-
timai inkişafın artan tələbatı arasında da ziddiyyətlər durmadan
kəskinləşir. Onların həll edilməsi üçün isə cəmiyyətin malik olduğu elmi-
texnika potensialı, habelə insanların təsərrüfat iqtisadi fəaliyyətini
məqsədyönlü surətdə istiqamətləndirmək tələb olunur. Nəhayət, müasir
dövrdə təbii mühitdə mənfi istiqamətdə baş verən dəyişikliklər insan ilə
ətraf mühit arasında tarixən qərarlaşmış olan müvazinəti getdikcə daha
çox pozur.
Dostları ilə paylaş: