Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


insanlar öz fəaliyyəti ilə sanki ikinci təbii mühiti yaradırlar



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə313/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   309   310   311   312   313   314   315   316   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

insanlar öz fəaliyyəti ilə sanki ikinci təbii mühiti yaradırlar

Bu o deməkdir ki, insanlar təbiətdə olmayan yeni predmetlər və əşyalar 
yaradırlar. Ev heyvanlarının əhliləşdirilməsi, müxtəlif yeni nişasta və 
meyvə sortlarının yaradılması, şəhərlərin salınması, şaxtaların və neft 
mə‟dənlərinin, fabrik və zavodların, qaz xətlərinin, elektrik stansiyalarının 
tikilməsi -bir sözlə insanın əməyi və istehsal fəaliyyəti ilə yaranan bütün 
müxtəlif və rəngarəng obyektlər «ikinci mühiti» təşkil edir. Bu sün‟i 
mühitin mükəmməllik dərəcəsi xeyli dərəcədə cəmiyyətdəki sosial 
münasibətlərin və mədəni inkişafın səviyyəsi ilə müəyyən olunur. 
Cəmiyyətdəki bütün hadisələr istər insanın özü, istərsə də onun 
əməyinin məhsulları həm təbii, həm də sosial keyfiyyətə malikdir. Bu so-
nuncu isə insanın əmək fəaliyyəti ilə yaranır. Əmək təbiətin cisimlərinə 
sosial mə‟na və keyfiyyət versə də, cismin təbii əsası müəyyən qədər qal-
maqda davam edir. Insan, onun fəaliyyəti təbii mühitlə çulğaşmış şəkildə 
çıxış edir. Belə ki,təbiət insanın həyatının və fəaliyyətinin ilkin mənbəyi, 
zəruri, daimi şərti və əsası rolunu oynayır. Insanın əməyi nəticəsində 
yaradılmış bütün ne‟mətlər təbii ehtiyatlar xəzinəsinə əsaslanır. Bu o 
deməkdir ki, təbiət onun bədənidir. Insan ölməmək üçün bu bədənlə daim 
ünsiyyətdə olmalıdır. 
Təbii ehtiyatlar cəmiyyətin sərvətidir. Cəmiyyətin mövcudluğu 
və inkişafı xeyli dərəcədə onlardan asılıdır
. Bundan əlavə bütün 
dövrlərdə demoqrafik proseslərin inkişafı, əhalinin sağlamlığının tə‟min 
edilməsi təbii mühit ilə üzvi surətdə bağlıdır. Belə ki, iqlim, hava, su, 
ərzaq məhsulları və s. insanların həyat fəaliyyətinin bioloji göstəricilərinə, 
əmək qabiliyyətinə, bir sözlə işçi qüvvəsinin təkrar istehsalı ilə əlaqədar 
olan bütün proseslərə mühüm dərəcədə tə‟sir göstərir. Nəhayət ekoloji 
amillər kompleksi həm də insanların psixoloji, əxlaqi-etik və estetik 
keyfiyyətlərinə, şəxsiyyətin ahəngdar inkişafına ciddi tə‟sir edir.
Fəlsəfi fikir tarixində təbiət anlayışına münasibət müxtəlif 
olmuşdur.
Antik dövrün mütəfəkkirləri təbiəti insan ilə birlikdə vahid kosmo-
sun tərəfləri kimi şərh etmişlər. Həmin dövrün müxtəlif naturfəlsəfi 
təlimlərində kosmos xaosdan fərqli olan mütəşəkkil, qanunauyğun surətdə 
dəyişilən bütöv bir tam kimi göstərilirdi. Təbiət ilə həmahəng olan insan 
həyatı o dövrün idealı hesab ounurdu.
Orta əsrlərdə belə bir fikir geniş yayılmışdı ki, təbiət allah 
tərəfindən yaradılmışdır. Həm də qeyd olunurdu ki, ilahi qüvvə insanı 


269 
yaradarkən təbiətdən fərqli olaraq ona ruh vermişdir. Buna görə də təbiət 
insandan aşağıda durur. Bir sıra hallarda isə təbiət, hətta şər qüvvələrin 
mənbəyi hesab olunur və göstərilirdi ki, insanın həyatı ilahidən gələn 
əsasın, yə‟ni ruhun, günah mənbəyi olan təbiiyə qarşı mübarizəsi 
deməkdir. Nəticədə təbiətə son dərəcə mənfi münasibət geniş yayılmışdı. 
Bununla yanaşı orta əsrlərdə təbiətə başqa bir münasibət də mövcud idi: 
Həmin baxışa görə təbiəti anlamaq, ona ilahi qüvvə tərəfindən verilmiş 
sehrli mahiyyəti açmaq cəhdi müəyyən rəğbətlə qarşılanırdı. Belə hesab 
olunurdu ki, təbiət allah tərəfindən insanlara göndərilən cansız daş 
kitabdır. Əgər müqəddəs yazılı kitablarda allahın iradəsi birbaşa əks 
olunmuşdursa, belə kitablarda o öz ilahi hikmətini daşlara həkk etmişdir. 
Avropada intibah dövründə təbiətə tamamilə başqa cür baxış səciyyəvi 
olmuşdur. Orta əsrlərin asketizminin əksinə olaraq bu dövrdə təbiət 
gözəllik, sevinc və əyləncə mənbəyi hesab edilməyə başladı. Bir qədər 
sonralar isə (məsələn romantizm bədii fikrində) təbiət korlanmış bəşəri 
sivilizasiyaya qarşı duran sığınacaq hesab olunur və göstərilirdi ki, təbii 
vəziyyətdən sosial həyata keçilməsi bütün bədbəxtliklərin mənbəyidir. 
Yeni dövrün fəlsəfi fikrində təbiət üzərində hökmranlıq etmək, təbiəti 
mümkün qədər daha çox istismar etmək cəhdi əsas yer tutmuşdur. Bu 
məqsədlə də həmin dövrdə elm və texnika tərəfindən təbiətin sirlərinin 
öyrənilməsinə diqqət yetirilirdi. Qeyd edək ki, təbiətə onun ne‟mətlərinə 
israfçı münasibət, ona yalnız istehlak mövqeyindən yanaşılması uzun 
müddət, XX əsrin ortalarına qədər davam etmişdir. Yalnız bu vaxtdan 
etibarən aydın olmağa başladı ki, insanın elmi -texniki qüdrəti artdıqca 
onun təbiət ilə münasibətlərini düzgün tənzim etmək çox zəruridir. 
Nəticədə təbiətə onun sərvətlərinə ehtiyatla yanaşılması, onun üçün 
mə‟suliyyətin artması özünü göstərir. Başqa sözlə deyilsə, insan -təbiət 
münasibətlərinin xarakterinin dəyişilməsi bu münasibətlərin ağıllı, şüurlu 
əsasda, harmonik şəkildə qurulması zərurəti özünü göstərir.
«Təbii mühit» anlayışı bütün dövrlərdə cəmiyyəti əhatə edən ətraf 
şəraiti göstərir. Lakin bəşəriyyətin inkişafı gedişində bu anlayışın əhatə 
dairəsi və məzmunu da genişlənir. Müasir dövrdə təbii mühit anlayışı 
təkcə yerdəki təbii şəraiti deyil, həm də geniş miqyasda fəth edilməyə 
başlanmış olan kosmosu əhatə edir.
Təbii mühit biosfera cəmiyyətin mövcudluğu və inkişafının zəruri 
şərtidir. Biosfera bütün canlı orqanizmləri, onların yaşadığı mühiti həyat 
fəaliyyəti məhsullarını əhatə edir. O atmosferin müəyyən hissəsini təşkil 
edir. Biosfera hidrosfera və litosferanın yüksək inkişaf etmiş hissəsidir. 
Bunların hər üçündə maddələrin və enerjinin dövranı baş verir. Biosfera 
özünə məxsus mövcudluq və inkişaf qanunları olan bütöv bir sistemdir. 
Maddələrin və enerjinin dövranı onun mövcudluğunun mühüm qanunu-


270 
dur. Biosferadakı qanunauyğunluqların qarşılıqlı tə‟sirinin öyrənilməsi 
insanın ona səmərəli tə‟sir göstərməsinin zəruri şərtidir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin