Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


XX əsrin sonlarına doğru inkişaf etmiş ölkələr postindustrial



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə321/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   317   318   319   320   321   322   323   324   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

XX əsrin sonlarına doğru inkişaf etmiş ölkələr postindustrial 
(sənayedən sonrakı), informasiya tipli cəmiyyət mərhələsinə daxil 
olmuşlar. 
Cəmiyyətin bu yeni keyfiyyət mərhələsi elmin və informasiya 
tutumlu texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Bunun nəticəsində 
həmin ölkələrdə enerji, xammal, nəqliyyat və sair xərclər minimuma endi-
rilir.
Cəmiyyətdə biliklər inkişaf edib yayıldıqca, insanların fəaliyyətində 
onların rolu və əhəmiyyəti də durmadan artır. Bunun nəticəsidir ki, inkişaf 
etmiş ölkələrdə təhsil sistemi və bilikləri əhatə edən digər sahələr (elmi 
tədqiqatlar, texniki yeniliklər, telekommunikasiya və kompüter fəaliyyəti, 
kitabxana və kitab işi, kütləvi informasiya vasitələri və sair) xüsusi diqqət 
mərkəzində saxlanılır. Bütövlükdə bilik industriyası adlanan bu sahələr 
həmin ölkələrdə milli məhsulun yarıdan çoxunu istehsal edirlər.
1
Qeyd etmək lazımdır ki, biliklərin cəmiyyətdə rolu təkcə maddi və 
mədəni ne‟mətlər yaratmaqla bitmir. Cəmiyyət həyatının digər 
sferalarında da (siyasi və sosial) vətəndaşların daim artmaqda olan 
biliklərə malik olması zərurətidir. Məsələn, ölkə əhalisinin müəyyən bilik 
səviyyəsinə malik olması, müstəqil və ağıllı düşünə bilməsi 
demokratiyanın inkişafının çox mühüm şərtidir. Belə ki, əhalinin savadı 
aşağı olduqda siyasi həyatda demoqogiya və populizm geniş yayılır, kütlə 
psixologiyasından sui istifadə halları çoxalır. 
Deyilənlərdən aydın olur ki, bilik təkcə əhalinin seçilmiş təbəqələri 
üçün deyil, hamı üçün zəruridir. Demokratik cəmiyyətdə normal fəaliyyət 
göstərməkdən ötrü geniş kütlələrin təhsilə və biliyə yiyələnmələri çox va-
cibdir.
Idrak prosesi konkret-tarixi xarakter daşıyır. Bu o deməkdir ki, 
varlığın müxtəlif tərəflərinin sirrlərinin açılması səviyyəsi mövcud quruluş 
ilə şərtlənir. Cəmiyyət inkişaf edib təkmilləşdikcə onun idrakı da durma-
dan irəliləyir. Idrak insanın dünyaya sosial vasitələnmiş munasibətidir. 
Başqa sözlə, hər bir dövrdə insanların idrak fəaliyyəti mövcud sosial 
münasibətlər çərçivəsində reallaşır. Belə ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin