Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə322/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   318   319   320   321   322   323   324   325   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

idrakın məzmunu, səviyyəsi 
və imkanları konkret tarixi şərait ilə müəyyən olunur
. Müasir idrak 
1
Bax: Философия, V.Qubinin redaksiyası ilə, M., 1998, s.153. 


281 
nəzəriyyəsi dünyanın dərk olunanlığı haqqında əvvəlki dövrlərdə 
söylənilmiş fikirlərin toplanması və inkişaf etdirilməsi nəticəsidir. 
Sosial baxımdan idrak prosesi milyonlarla insanların idraki 
cəhdlərinin birləşməsi deməkdir. Əlbəttə fərdi bilik heç də həmişə ictimai 
sərvətə çevrilmir. Fərdi biliyin ümumi cəmiyyətin malına cevrilməsi, 
bəşəriyyətin mədəni nailiyyəti statusu alması bir sıra sosiomədəni qanu-
nauyğunluqlar əsasında baş verir. Bu prosesdə insanların çoxtərəfli 
ünsiyyəti mühüm yer tutur. Digər tərəfdən idrakın nəticələri (biliklər) 
tarixdə bir nəsildən digərinə ötürülür. Deyilənlər sübut edir ki, idrak icti-
mai tarixi prosesdir. O, insanın yaşadığı dünya haqqında biliklər əldə 
etməsi və onları təkmilləşdirməsi deməkdir. 
Lakin idrak bütün cəmiyyət tərəfindən həyata keçirilmir. Bu işlə 
müəyyən elmi birliklərdə təmsil olunmuş adamlar bilavasitə məşğul olur-
lar. Belə elmi cəmiyyətlər və birliklər müxtəlif formalarda (akademiya, 
universitet, laboratoriya, tədqiqat institutları və sair.) çıxış edir. 
Insanın onu əhatə edən dünyanı dərk edə bilib bilməməsi məsələsi 
fəlsəfi fikirdə lap qədimdən müzakirə obyekti olmuşdur. Bu problem onu 
ifadə edir ki, bizim dünya haqqındakı fikirlərimiz real dünya ilə necə 
münasibətdədir? Insanın təfəkkürü (təsəvvürləri və anlayışları) gerçəkliyi 
düzgün in‟ikas etdirə bilərmi? Fəlsəfədə çox mühüm yer tutan bu suallara 
verilən cavaba görə iki xətt bir-birindən ayrılır: dünyanın dərkedilənliyini 
qəbul edənlər (optimizm) və dünyanı dərk etməyin qeyri-mümkün 
olduğunu söyləyənlər. Ikinci mövqenin tərəfdarları aqnostisizm (biliyin 
inkarı deməkdir) adlanır. Çox vaxt bu iki xəttin arasında skeptisizm (şübhə 
etmə deməkdir) adlı baxış da mövcud olur. 
Optimizmin mövqeyi Hegelin fəaliyyətində daha aydın görünür. O 
göstərirdi ki, mahiyyətini əvvəlcə gizli və qapalı saxlayan kainatda heç elə 
bir qüvvə yoxdur ki, idrakın qüdrətinə qarşı dursun.
1
Skeptiklər (Protaqor, 
Qorqiy, Pirron, Mişel Monten, və başqaları) dünyanın dərk edilənliyini 
prinsipcə qəbul edirlər. Lakin onlar bu yol ilə əldə edilmiş biliklərin 
dəqiqliyini şübhə altına alırlar. Fəlsəfi fikir tarixində skeptisizm iki tərəfli 
rol oynayır. Bir tərəfdən o hakim təfəkkür tərzi və nəzəri modellərin 
dəyişildiyi dövrlərdə bilik sahələrində (və fəlsəfədə) yaranmış böhran 
vəziyyətinin aradan qaldırılmasına kömək edir. Digər tərəfdən isə skepti-
sizm çox asanlıqla aqnostizmə çevrilə bilir.
Aqnostisizm dünyanın dərketməyin mümkünlüyünü inkar edir. 
Bu anlayışı ilk dəfə ingilis bioloqu T.Heksli (1825-1895) işlətmişdir. 
Fəlsəfə tarixində aqnostisizm müxtəlif mütəfəkkirlər tərəfindən 
ifadə olunmuşdur. (Kratil, sofistlər və başqaları) Məsələn qədim yunan 
1
Bax: Гегель. Сочинения, т.9, М., 1956, с.5. 


282 
filosofu Kratil belə hesab edirdi ki, ətraf aləm fasiləsiz surətdə dəyişilir, 
burada heç nə sabit deyildir. Buna görə də dünyanı dərketmək olmaz. 
Klassik formada aqnostisizm XVIII əsrdə ingilis filosofu D.Yuma 
məxsusdur. O göstərirdi ki, dünyadakı hadisələr dərk olunmazdır. Çünki 
insan həmişə yalnız öz duyğularına arxalanır. Bu duyğuların 
hüdüdlarından kənara çıxa bilmir. Buna görə də o hətta xarici dünyanın 
mövcud olub olmaması sualına cavab verə bilməz. Aqnostiklər dünyanın 
dərk olunmazlığını iddia edərkən müəyyən arqumentlər gətirirlər. 
Məsələn, onlar deyirdilər ki, idrak prosesində öyrəndiyimiz predmet bizim 
hiss üzvlərimizin və təfəkkürümüzün prizmasından keçərək ifadə olunur. 
Odur ki, bu predmet haqqındakı biliklərimiz də həmin vəziyyətə aid olur. 
Buna görə biz predmetin öz-özlüyündə nə olduğunu bilmirik və bilə də 
bilmərik. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin