276
RLS-nın fəaliyyəti respublikamızın şimal-qərb zonası rayonları üçün əsl
təhlükə mənbəyinə çevrilmişdir. Uzun müddət ərzində Ermənistanın ərazi
iddiaları,uydurma Dağlıq Qarabağ problemi, ölkəmizin ərazisinin beşdə
birindən çoxunun işğal olunması burada ekoloji vəziyyətə ağır zərbə
vurmuşdur. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda ekoloji
təhlükənin aradan qaldırılması və ətraf mühitin təmizlənməsinə dair uzun
müddətli proqram həyata keçirilir. Bununla yanaşı ekoloji təhlükənin tam
sovuşduğunu söyləmək sadəlövhlük olardı. Hazırda Xəzər dənizinin təbii
sərvətlərindən səmərəli surətdə istifadə olunur. Neft hasilatına dair
dünyanın 20-dən artıq aparıcı neft şirkəti ilə bağlanılan müqavilələr bunu
subut edir. Lakin nəzərdə tutulmalıdır ki, dənizdən neft çıxarılması işinin
miqyası genişləndikcə, təbiətə dağıdıcı təsir təhlükəsi də artır. Ətraf
mühitə pozucu təsir göstərmək imkanları da genişlənir. Buna görə də
neftdən və digər təbii sərvətlərdən istifadə olunması prosesində ətraf
mühitin qayğısına qalmaq çox vacibdir. Qeyd edək ki, müasir ekoloji
böhran bütün dünya ölkələrini əhatə edir. O bəşəriyyətin gələcəyini
təhlükə altına alan ciddi qlobal problemlərdəndir. Buna görə də onu həll
etmək üçün bütün xalqlar, müxtəlif partiyalar, ictimai hərəkatlar öz
səylərini birləşdirirlər.
Hələ 1968-ci ildən fəaliyyətə başlayan "Roma klubu" təşkilatının
buraxdığı əsərlərdə (D.Forrester, D.Medouz, M.Mesaroviç, E.Pestel və
başqalarının əsərləri) ekoloji pessimizm geniş şəkildə təbliğ olunmağa
başladı. Onlar gələcəkdə böyük ekoloji fəlakət baş verəcəyini iddia
edirdilər. Buna görə də qeyd olunurdu ki, bəşəriyyət təbii ehtiyatlara, milli
sərvətlərə qənaətcil münasibət bəsləməlidir. Ekoloji pessimizmin
təbliğatçıları subut etməyə çalışırlar ki, elmi-texniki inqilabın irəlicədən
görünməyən mənfi nəticələri labüd surətdə böyük faciəyə, bəşəriyyətin
ölümünə gətirib çıxaracaqdır. Bununla əlaqədar qeyd edək ki, elm və
texnikanın tərəqqisi ətraf mühitə təkcə pozucu tə"sir göstərmir, həm də
ətraf mühitin mühafizəsini daha səmərəli həll etmək üçün müvafiq real
imkanlar yaradır. Məsələn, elm və texnikanın inkişafı nəticəsində qapalı
istehsal
Dostları ilə paylaş: