Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə315/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   311   312   313   314   315   316   317   318   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

yeni, dördüncü mərhələ
özünü göstərir. 
Onun səciyyəvi cəhəti müasir elmi-texniki tərəqqi şəraitində cəmiyyətlə 
təbiət arasındakı ziddiyyətlərin kəskinləşməsidir. Bu öz ifadəsini müasir 
ekoloji böhranda, bəşəriyyətin gələcək mövcudluğunun təbii şəraitinin 
artmaqda olan təhlükəsində tapır.
Qeyd olunmalıdır ki, təbii mühit anlayışı daxili məzmununa görə 
mürəkkəbdir. Onun mühüm tərkib hissəsi olan coğrafi mühit yer kürəsi 
qabığını, atmosferi, suyu, torpaq örtüyünü, bitki və heyvan aləmini, bir 
sözlə bütün yeraltı və yerüstü sərvətlərin məcmusunu əhatə edir. O hər bir 
tarixi mərhələdə ictimai istehsalın təbii əsası olub, cəmiyyətin 
mövcudluğu və inkişafının zəruri şərtidir. Müxtəlif coğrafi ərazilərin iqlim 
şəraiti də cəmiyyətin həyat fəaliyyətinə müəyyən qədər tə‟sir edir. Belə ki, 
Uzaq Şimal və səhra rayonları cəmiyyətin inkişafı üçün əlverişsiz, ekvator 
xəttinə yaxın mülayim qurşaqda yerləşən rayonlar isə daha çox 
əlverişlidir. Cəmiyyətin həyatında mühüm rol oynayan təbii ehtiyatlar da 
müxtəlif coğrafi ərazilərdə eyni səviyyədə yerləşmir. Bu göstəriciyə görə 
təbii coğrafi şəraitin aşağıdakı iki tərəfini bir-birindən fərqləndirmək 
lazımdır: 1) yaşayış vasitələri (münbit torpaqlar, vəhşi heyvanların çox 
olması, su hövzələrinin balıq ehtiyatı ilə zənginliyi və sairə); 2) əmək 
vasitələrinin təbii mənbələri (su ehtiyatları, metal filizləri ehtiyatı, kömür, 
neft, ağac, tikinti materialları və s.) Tarixi inkişafın müxtəlif dövrlərində 
təbii sərvətlərin bu iki növünün cəmiyyət üçün əhəmiyyəti dəyişilir. Belə 
ki, cəmiyyətin inkişafının ilkin pillələrində təbii sərvətlərin birinci növü, 
sonrakı yüksək pillələrində isə ikinci növü daha çox əhəmiyyətə malik 
olur. Bunu tarix də sübut edir. Yaşayış vasitələrinin təbii mənbələri ilə, 
xüsusilə də münbit torpaqlarla zəngin olan rayonlar (Misir, Mesopata-
miya, Hindistan, Çin, Orta Asiya və Zaqafqaziya) qədim dövrlərdə 
mədəniyyət mərkəzləri idi. Sonralar isə texnika inkişaf etdikcə, xüsusən də 


272 
maşınlı sənaye yarandığı dövrdən etibarən metal, yanacaq, su ehtiyatları 
çox olan rayonlar iqtisadi inkişaf üçün daha əlverişli oldu. Əlbəttə, 
mədəniyyət mərkəzlərinin tarixən bu cür dəyişilməsini təkcə coğrafi 
mühitlə izah etmək olmaz. Bu birinci növbədə cəmiyyətin inkişafı nəticəsi 
idi. Lakin həmin prosesdə cğrafi mühit də müəyyən rol oynamışdır.
Başqa şərtlər eyni olduqda əlverişli coğrafi şərait zəruuri iş vaxtının 
qısalmasına kömək edir, beləliklə də əmək məhsuldarlığının artmasına 
müsbət tə‟sir edir. Əksinə yaşayış vasitələrinin hazırlanmasına çox vaxt 
sərf edildiyi coğrafi mühitdə əmək məhsuldarlığını artırmaq və istehsalı 
genişləndirmək üçün daha az şərait yaranır. Bunu da qeyd etmək vacibdir 
ki, coğrafi mühit insanların qabiliyyətlərinin təkmilləşməsində də 
müəyyən əhəmiyyət kəsb edir. Belə ki, təbiət qüvvələri üzərində 
hökmranlığa nail olmaq uğrunda mübarizə kedişində insanlar daha da 
mətinləşirlər. Bu mə‟nada sərt cöğrafi mühitdə yaşayan insanların inkişaf 
stimulu, təbii şəraiti səxavətli olan yerlərdə yaşayan insanlara nisbətən 
daha çoxdur. 
Təkcə təbii ehtiyatlar deyil, həm də ölkələrin coğrafi cəhətdən 
yerləşməsi, coğrafi vəziyyəti cəmiyyətin inkişafına tə‟sir göstərir. Tarixən 
qərarlaşmış olan iqtisadi və mə‟dəni mərkəzlər, ticarət yolları üzərində 
salınan şəhərlər daha çox inkişaf edir. Bu cür mərkəzlərdən kənarda 
yaşayan xalqlar isə uzun müddət öz geriliyini aradan qaldıra bilmir, 
nisbətən zəif sürətlə irəliləyir. 
Qeyd olunmalıdır ki, cəmiyyətin həyat fəaliyyətinə təbiətin tə‟siri 
həm də mənfi istiqamətdə olur. Məsələn, quraqlıq, yağıntı, daşqınlar, 
zəlzələ, vulkan püskürmələri, şiddətli küləklər və qasırğalar, tufanlar icti-
mai həyatın inkişafını xeyli dərəcədə ləngidə bilir.
Ümumiyyətlə yanaşdıqda 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin