təbiət ilə insan bir-biri ilə sıx vəhdətdədir. Əlbəttə, onlar arasında
müəyyən ziddiyyətlər də özünü göstərir. Bunlar həm təbiətin, həm də
cəmiyyətin inkişafı üçün hərəkətverici qüvvə rolunu oynayır. Insanlar
daim təbiətlə, təbiət qüvvələri ilə müəyyən mənada mübarizə prosesində
inkişaf edirlər. Tarixin bütün dövrlərində bu və ya digər formada çıxış
edən təbiət-cəmiyyət ziddiyyətlərinin həlli, sivilizasiyanın inkişafına təkan
verir. Belə ki, insanlar təbiətin sirlərinə yiyələnmək və onun
qüvvələrindən öz mənafeləri üçün istifadə etmək yolu ilə irəliləyirlər.
Təbiət insandan, onun fəaliyyətindən kənarda müstəqil, öz spesifik
qanunları əsasında mövcud olan varlıq formasıdır. Insanlar öz fəaliyyəti
ilə ona təsir göstərir, özləri üçün lazım olan məhsulları və mədəni
dəyərləri yaradırlar. Məsələnin bu tərəfi fəlsəfi baxımdan çox dərin məna
kəsb edir,çünki
cəmiyyətin mövcudluğu və inkişafı əslində fəaliyyət prosesində təbiəti dəyişdirərək, mədəniyyət formasına salması deməkdir. Buradan aydın olur ki, insan və onun yaratdığı mədəniyyət
nümunələri təbiətlə sıx vəhdətdədir. Lakin təbiət ilə insanların
mədəniyyətinin bu vəhdəti fəlsəfi fikirdə heç də həmişə birmə‟nalı izah
olunmur. Müəyyən dövrlərdə təbiət formasız, qeyri-mütəşəkkil,
qarmaqarışıqlıq kimi təssəvvür olunurdu. Belə münasibətin nəticəsində
təbiətin insana tabe edilməsi, insanın təbiəti ram etməsi fikri
formalaşmışdır. Təbiətə münasibətdə digər bir ifrat hədd də özünü
göstərmişdir. Həmin baxışa görə təbiət insan zəkasına müyəssər olmayan
kortəbii qüvvələrin hökmranlığı səltənətidir. Nəhayət təbiətə öz qanunları
268
üzrə inkişaf edən özünəməxsus varlıq növü kimi yanaşan mövqe də geniş
yayılmışdır.
Insanlar təbiətlə maddələr mübadiləsi gedişində ətraf aləmi
dəyişdirir, təbii mühiti öz tələbatına uyğun şəkilə salırlar. Başqa sözlə
deyilsə,