266
onun hüceyrələrində, əsəb və qan damarları sistemində, əhvalında və
psixikasında müəyyən dərəcədə öz əksini tapır.
Son dövrlərdə elmdə canlı orqanizmlər ilə Kainat arasında enerji və
informasiya mübadiləsi məsələsi çox intensiv müzakirə olunmaqdadır.
Belə bir fikir geniş yayılmaqdadır ki,həyatın yaranması və canlı
orqanizmlərin fəaliyyəti Kosmosdan gələn müxtəlif növ şüaların
tə‟sirindən kənarda mövcud deyildir. Başqa canlılar kimi insan da ulduz-
lardan, planetlərdən və Günəşdən gələn kosmik enerji ilə əhatə olunur.
Bununla yanaşı Yerə həyatın Kosmosdan gəldiyini iddia edən baxışlar da
(panspermiya nəzəriyyəsi) yayılmaqdadır. Yerdən kənar planetlərdə
həyatın olması haqqında fikirlər də gündəlikdən çıxmamışdır. Insan
noosferanın (planetdə ətraf mühit ilə zəkalı insanın harmoniyasını ifadə
edən baxış) tərkib hissəsidir. Odur ki, bu qəbildən olan fərziyyələr
gələcəkdə özünü doğrulda bilər.
Yuxarıda qeyd olunduğu kimi insan təkbaşına yaşamır. O Robinzon
Kruzo deyildir. Onun həyatı ətrafdakılardan, xalqından və cəmiyyətindən
ayrılıqda qeyri-mümkündür. Bu baxımdan yanaşdıqda sırf fərdi həyat
yoxdur. Hər bir insan bəşəriyyətin bir üzvü kimi ona bu və ya digər
dərəcədə inteqrasiya olunur. Obrazlı şəkildə desək, cəmiyyət və bəşəriyyət
ayrıca bir insanın genişlənmiş və tamamlanmış formasıdır. Öz növbəsində
hər bir insan da onların qısaldılmış, təmərgüzləşmiş ifadəsidir. Əlbəttə bu
üç tərəfin münasibətlərini mexaniki mə‟nada anlamaq doğru olmazdı.
Dostları ilə paylaş: