262
sonu gələcəyini başa düşür. Bu hiss onda güclü emosional tə‟sir buraxır,
daxili aləminin dərinliklərində böyük təəssüf hissi doğurur. Lakin normal
insan nə vaxtsa öləcəyindən qorxaraq özünü itirmir, ümidsizliyə qapılmır.
Əksinə, ona verilən ömrü mə‟nalı yaşamağa çalışır. Hər bir fərdin
həyatının məqsədi və amalı, onun mənimsəmiş
olduğu sosial ideyalarla,
yaşadığı dövrün şəraiti ilə sıx bağlı olur. Məhz onlara arxalanaraq insan öz
həyatını xeyir və ya şər, doğruçulluq və ya yalançılıq,
ədalət və ya
ədalətsizlik kimi mənəvi əxlaqi anlayışlar üzərində qurur.
Zəmanəmizin görkəmli psixoloqu V. Frankl göstərir ki, insanın
həyatını heykəltəraşın fəaliyyəti ilə müqayisə etmək olar. Təssəvvür edin
ki, ona öz əsərini tamamlamaq üçün müəyyən vaxt verilir. Lakin həmin
vaxtın sonu və işin nə vaxt qurtaracağı haqqında onun mə‟lumatı yoxdur.
Buna görə də öz işini nə vaxt dayandıracağını bilmir. O sadəcə olaraq ona
ayrılmış vaxtdan maksimum istifadə edir ki, əsər yarımçıq qalmasın. La-
kin əgər verilmiş vaxt iş başa
çatana qədər qurtarsa belə, görülən işin
qiymətini aşağı salmır. Həyatın fraqmentar xarakteri onun mə‟nasını
azaltmır. Ömrün uzun müddətli olmasına əsasən biz heç vaxt onun nə
dərəcədə mə‟nalı olduğunu
deyə bilmərik
1
Deyilənlərdən aydın olur ki, insan həyatının mə‟nası, ölməzliyi
onun özü tərəfindən qazanılır.
Din insanın həyatını müqəddəs ehkamlara əməl etməkdə, dini ayin
və mərasimləri yerinə yetirməkdə,
etiqad vasitəsilə Allaha, axirət
dünyayasəna inam bəsləməkdə görür. Fəlsəfə isə bu
Dostları ilə paylaş: