261
adamlar təbabətin nailiyyətlərindən istifadə etməklə ömrünü müəyyən
qədər uzadır və ictimai həyatda fəal iştirak edə bilirlər. Bu onu göstərir ki,
sosial həyatda təbii seçmənin miqyası və gücü xeyli azalır. Belə ki, tibbi
yeniliklər və həyatın sosial təşkili fərdi bioloji dəyişkənliyə zəiflədici
tə‟sir edir. Məsələn XIX əsrin ortalarına doğru vərəm xəstəliyindən
ölənlərin sayı hər milyon nəfərə 4000 nəfər olmuşdursa, hazırda bu
göstərici 13 nəfərə enmişdir. Bu o deməkdir ki, vərəmə müqavimət
göstərmə üzrə təbii seçmə demək olar ki, dayanmışdır. Eyni fikri bir sıra
başqa xəstəliklər haqqında da söyləmək olar.
Hazırda təbii seçmə gedişində yaranan genetik dəyişikliklər zəif
şəkildə özünü göstərir. Müxtəlif insan qrupları arasında genetik yaxınlıq
çoxdur. Digər tərəfdən, bəşəriyyətin sosial və mədəni təkamülü
nəticəsində insanların həyatında böyük dəyişikliklər baş verməkdədir.
Insanların həyat şəraitinin yaxşılaşması, onların sağlamlığına birbaşa tə‟sir
göstərir.
Dostları ilə paylaş: