259
tarixən qərarlaşmış olan ictimai praktikasının fərdi təzahürüdür. Insanın
istifadə etdiyi əmək alətlərində cəmiyyətin işləyib hazırladığı müəyyən
bilik və vərdişlər təcəssüm olunur. Onlara əsaslanmaqla insan bu alətləri
işlədə bilir. Hər bir insan fəaliyyətə başlayarkən ona qədər olan təcrübəyə
arxalanır. Bir sözlə, insanı heyvandan ayıran bütün yaxşı əlamətlər onun
cəmiyyətdə yaşaması nəticəsidir.
Beləliklə insanda bioloji, psixiki və sosial səviyyələrin vəhdəti iki
hissədən əmələ gəlir: təbii (irsi) və sosial (həyatda qazanılan). Əlbəttə hər
bir fərd göstərilən səviyyələrin riyazi məcmusu deyildir. Onların inteqral
birliyidir. Məhz bu birlik insanı yeni keyfiyyət vəziyyətinə - əsl insan
şəxsiyyəti vəziyyətinə gətirib çıxarır. Vaxtilə Aristotel insanı «siyasi hey-
van» kimi səciyyələndirirdi. Bu fikir insanda bioloji və sosial
başlanğıcların vəhdətdə olduğunu göstərir.
Insan hələ uşaq yaşlarından sosial həyata qovuşmağa başlayır, öz
əhatə dairəsini genişləndirir. O özünün və mənsub olduğu xalqın
keçmişini, bütövlükdə bəşəriyyətin yaratdığı mə‟nəvi sərvətləri öyrənir.
Insanın təhlilində morfoloji və fizioloji səviyyədən başlayaraq,
onun psixofizioloji və mə‟nəvi strukturuna doğru getmək olar
. Bu hal-
da biz insanın sosial-psixoloji dünyasına daxil oluruq. Insan öz bədəni ilə
təbiət obyektləri sırasına aiddir. Bu o deməkdir ki, onun orqanizmi təbiət
qanunauyğunluqlarına tabedir. Digər tərəfdən o sosial varlıq kimi
cəmiyyətin, onun mədəniyyətinin, bütövlükdə bəşəriyyətin ayrılmaz
tərəfidir. Doğrudan da cəmiyyətdən kənarda götürülən insan dənizdən qu-
ruya çıxarılmış balığa bənzəyir. Istənilən adamı öz ailəsindən,
qohumlarından, işlədiyi kollektivdən, mənsub oduğu millətdən və
bütövlükdə cəmiyyətdən kənarda təsəvvür etmək mümkün deyildir.
Insanda sosial ilə biolojinin vəhdəti heç də o demək deyildir ki, bu
tərəflərin hər birini müstəqil öyrənmək olmaz. Bu nəinki mümkündür,
hətta zəruridir. Çünki bioloji ilə sosialı bir -birindən ayırmadan onu
dərindən araşdırmaq ağlasığmazdır. Məsələn, insanın təbii bioloji
keyfiyyətlərini öyrənirkən, biz onun sosial mahiyyətindən müəyyən qədər
sərf-nəzər edirik. Əsas diqqətimizi məhz bu sahənin təhlilinə yönəldirik.
Eynilə də insanın sosial varlığı tədqiqat obyekti kimi götürüldükdə, onun
bioloji orqanizm olması və canlı aləmi səciyyələndirək ümumi qanunlara
tabeliyi bir kənara qoyulur. Bu halda fikrin istiqaməti insanın sosial
münasibətləri sistemində yeri və rolunun, cəmiyyət üzvləri ilə ünsiyyətinin
üzə çıxarılmasına yönəlir.
Dostları ilə paylaş: