Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə307/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   303   304   305   306   307   308   309   310   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

məsələni həll 
edərkən ona fərdi, şəxsi və ümumbəşəri göstəricilərin vəhdəti 
baxımından yanaşır
. Bu, real fəlsəfi humanizm idealını ifadə edir. Həmin 
ideal insanda ölüm ilə ölməzliyi, əbədi ilə müvəqqətini dialektik əlaqədə 
götürür. Insan həyatı fiziki cəhətdən keçici olmasına baxmayaraq mə'nəvi 
baxımdan ölməzlik qazana bilir. Insanın ölməzliyi onun qoyub getdiyi 
mə'nəvi irsdə, yaradıcılıqda və xeyirxah əməllərdədir. Təsadüfi deyildir ki, 
görkəmli elm və mədəniyyət xadimləri, gözəl sənətkarlar, xalqın 
vətənpərvər oğulları cismən ölüb getsələr də, mə'nən əbədiyyətə qovuşur, 
əsrlər boyu yaşayırlar. Deməli insanın ölməzliyi onun zəkasının 
qüdrətində və humanizmində təcəssüm edir. Burada böyük Nizaminin 
aşağıdakı misralarını yada salmaq yerinə düşərdi: 
Nə şöhrət, nə yuxu, nə də ki, yemək, 
Həyatın mə'nası olmasın gərək. 
Çalış öz xalqının işinə yara, 
Dünya əməlinlə geysin zər, xara. 
1
Франкл В. Человек в поисках смысла, М., 1990, с. 193. 


263 
Bioloji varlıq olan insan öz həyatının mə'nası üzərində düşünərkən, 
həm də həyat və ölüm məsələlərinə öz münasibətini formalaşdırır. 
Bəşəriyyətin inkişafının bütün pillələrində bu məsələlər təkcə ictimai fi-
krin qabaqcıl nümayəndələrini deyil, həm də bütün insanların fikrini 
məşğul etmişdir. Onlara cavab verərkən hər şeydən əvvəl həyatın mə'nasız 
olduğu haqqında təssəvvürlərə yol verilməməlidir. Bütün digər canlılardan 
fərqli olaraq insan yeganə mövcudatdır ki, həyatı boyu daim özündən 
narazı olur, müəyyən narahatlıq keçirir. Öz məqsədinə çatmağa çalışır. Bu 
onun inkişafının stimulu rolunu oynayır. O öz qabiliyyətlərini hərtərəfli 
inkişaf etdirməyə, cəmiyyətin tərəqqisinə, ümumi işin xeyrinə öz töhfəsini 
verməyə səy göstərir. Insanın sosial mahiyyət daşıması, cəmiyyətdə 
yaşaması onu buna sövq edir. 
Müasir dövrdə təbabətin, biologiyanın, genetikanın və digər 
elmlərin heyrətamiz kəşfləri insan ömrünün uzaldılması üçün real imkan-
lar açır. Insan orqanizminin müxtəlif üzvlərinin köçürülməsi sahəsində 
qazanılmış uğurlar sübut edir ki, bəşəriyyət hazırda uzunömürlülüyü 
həyata keçirməyin astanasındadır. Lakin insan həyatına bu yeni baxış hər 
şeydən əvvəl yüksək əxlaqi prinsiplərə, humanist ideallara və dəyərlərə 
arxalanmalıdır. Digər tərəfdən ölüm probleminin sosial-etik və əxlaqi hu-
manist səpkisi getdikcə daha çox diqqəti cəlb edir. Ilk nəzərdə məsələnin 
bu cür qoyuluşu qəribə görünə bilər, belə ki, əsrlər boyu insan daha çox 
yaşamağa, həyatla bağlı problemləri həll etməyə çalışır. Lakin etiraf edək 
ki, hazırda 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin