258
olanlar yoxdur. Genlər yalnız həmin adamın əlamətlərini göstərən
informasiyanın daşıyıcısıdır.
Insanda bioloji və sosial tərəflərin vəhdəti necə təzahür edir?
Uşaq doğulan kimi onda bu vəhdət qərarlaşır. Başqa sözlə o təkcə anato-
mik və fizioloji keyfiyyətlərə malik olmur. Onda həm də genetik surətdə
keçən insani xassələrin rüşeymləri vardır. Deməli, insanın bioloji təbiətini
müəyyən edən irsiyyət mexanizmi, həm də özündə onun sosial
mahiyyətini əhatə edir. Bu onda ifadə olunur ki, irsiyyət nəticəsində uşaq
bir sıra instinktlərə malik olur. Məsələn böyükləri, onların hərəkətini və
səslərini təqlid edir. Hər şeyə maraq göstərməyə başlayır. O qəmlənməyi,
qorxmağı, sevinməyi və gülməyi bacarır. Beləliklə uşaq dünyaya məhz
sosial mahiyyət kimi gəlir. Doğrudur, o hələ sözün tam mə‟nasında insan
deyildir. Obrazlı şəkildə desək, o hələ insanlığa namizəddir. O tədricən
sosial həyata və mədəniyyətə qovuşmaq gedişində insanlıq keyfiyyətlərini
tam dolğunluğu ilə əldə edir.
Bu gün elmdə belə bir fikir əsas yeri tutur ki, uşaq doğularkən öz-
özlüyündə insani qabiliyyətlər deyil, onların ilkin müqəddəm şərtləri irsən
keçir. Başqa südəmərlərdə olduğu kimi insanda da, genetik material onun
xromosomlarındakı DNT turşularıdır. Nəzərdə tutaq ki, hər bir hüceyrənin
xromosomları özündə bir neçə milyon geni əhatə edir. Həm də genetik
imkanlar və müqəddəm şərtlər uşağın insanlarla ünsiyəti prosesində
reallaşır. Bu o deməkdir ki, bioloji amillərin özü də bir çox cəhətdən sosial
mühitdə həyata keçir. Məsələn əgər uşağın genində musiqi imkanları olsa
belə, onun musiqi ilə məşğul olmasına sosial şərait yoxdursa, bu imkanlar
reallaşa bilməz.
Həm də qeyd olunmalıdır ki, insanın genetik potensialının
reallaşması vaxt amilindən çox ciddi surətdə asılıdır. Belə ki, potensial
imkanlar öz vaxtında həyata keçirilməzsə, onlar zəifləyə və sönə bilir.
Məsələn, kiçik yaşlı uşaqlar müəyyən səbəblər üzündən cəngəlliklərə
düşüb, heyvanlar arasında bir neçə il olduqdan sonra yenidən cəmiyyətə
qaytarıldıqda çox çətinliklə dil öyrənirlər. Onlarda insani vərdişlər və
psixiki funksiyalar çox pis inkişaf edir. Bu qəbildən olan çoxlu faktlar
sübut edir ki, insan davranışı və fəaliyyətinin əsas cəhətləri yalnız sosial
varislik yolu ilə sosial proqramın mənimsənilməsi (tərbiyə və təhsil
vasitəsilə) prosesində əldə edilir.
Irsiyyət ilə sosial mühitin qarşılıqlı tə‟siri insanın bütün həyatı boyu
özünü göstərir. Lakin bu qarşılıqlı tə‟sir insan orqanizminin formalaşması
dövründə (embrional, südəmər, uşaqlıq, yeniyetmə və gənclik dövründə)
xüsusən mühümdür.
Dostları ilə paylaş: