257
sifikliyi inkar etmək demək deyildir. Əksinə, bu cür yanaşma insanın
mahiyyətini, həmin şəxsi keyfiyyətləri araşdırarkən, onların təkcə sosial
tərəfinin yox, həm də bioloji təbiətinin izah edilməsini nəzərdə tutur.
Insan orqanizmi, onun fəaliyyəti həm bioloji, həm də sosial
tərəfin üzvi əlaqəsinə əsaslanır
. Məsələn, insanın zəkasını, təfəkkürünü
nə sırf bioloji, nə də sırf sosial səbəblərlə izah etmək qeyri-mümkündür.
Belə ki, təfəkkür mürəkkəb biopsixososial hadisədir. Bu o deməkdir ki,
təfəkkür birinci növbədə özünün maddi, bioloji əsasına malikdir. Belə əsas
rolunu insanın beyni, orada gedən fizioloji və digər proseslər oynayır. La-
kin bioloji tərəf öz-özlüyündə təfəkkürün nə olduğunu izah edə bilmir.
Hələ heç bir neyrocərrah insan beynində gedən psixi prosesləri
görməmişdir. Psixiki hadisələr maddi əsaslara arxalansalarda, əksərən
ideal xarakter daşıyır. Deyilənlərdən aydın olur ki, təfəkkür, məzmunu
biolojiyə müncər edilmir. O mürəkkəb psixiki hadisə olmaqla, özündə
biososial -intellektual və iradi tərəfləri əhatə edir. Deməli, təfəkkürü izah
edərkən həm bioloji və həm də psixiki səciyyələrə diqqət yetirilməlidir.
Lakin bunlar da kifayət deyildir. Insan təfəkkürü sosial həyatdan
ayrılmazdır. O mövcud ictimai münasibətlər sistemi və insanın orada
tutduğu yer ilə şərtlənir. Deməli təfəkkürdə bioloji, psixiki və sosial
tərəflər qarşılıqlı surətdə bir-birinə nüfuz edir. Onlar bir-birilə çulğalaşmış
şəkilə çıxış edirlər.
Deyilənlərdən aydın olur ki, bioloji tərəf ilə sosial tərəfi yalnız ab-
straksiyada ayrılıqda götürmək olar. Bu halda onlar insanın xassələri və
hərəkətlərinin iki müxtəlif qütbünü əhatə edir. Məsələn insanın bioloji
qütbü onun orqanizminin tabe olduğu biofiziki və fizioloji qanunları əhatə
edir. Bu qanunlar insanı öz bütövlüyünü saxlamağa çalışan sabit sistem
kimi səciyyələndirir. Sosial qütb isə bunu ifadə edir ki, insan mücərrəd
məxluq deyildir. O sosial mövcudatdır. Yə‟ni insan konkret -tarixi xarak-
ter daşıyır. Hər bir dövrün məzmunu, sosial və mədəni şəraiti özünə uyğun
insanı formalaşdırır.
Beləliklə insanın mahiyyət xarakterli cəhətlərini ümumiləşdirməklə
ona aşağıdakı tərifi vermək olar.
Dostları ilə paylaş: