Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Yə‟ni cəmiyyət və bəşəriyyət ayrı-ayrı insanların mexaniki məcmusu



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə311/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   307   308   309   310   311   312   313   314   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Yə‟ni cəmiyyət və bəşəriyyət ayrı-ayrı insanların mexaniki məcmusu 
deyildir. Onların qarşılıqlı tə‟siri təkcə, xüsusi və ümumi 
kateqoriyalarının münasibəti kimidir.
Müasir şəraitdə insanın praktiki dəyişdirici fəaliyyəti qlobal xarak-
ter kəsb edir. Bu proses təbiətin humanistləşməsini yaradır. Nəticədə yeni 
tipli realıq formalaşır. Bu reallıq obyektiv ilə subyektivin, təbii, bioloji ilə 
sosial tarixinin bir-birinə nüfuz etməsi ilə səciyyələnir. Insanın təbiətinin 
dəyişilməsi və təbiətin özündəki dəyişikliklər vahid bir prosesin iki 
tərəfidir. Bu proses sosiotəbii totallığın dəyişilməsi adlanır
1

Hazırda insanın nə olduğunu mə‟nalandırmaq öz mahiyyətinə görə 
ümumbəşəri sivilizasiyanın olub olmaması deməkdir. Indiki dövrdə sosial 
tərəqqi getdikcə daha çox humanist istiqamətə yönəlməkdədir. Təsadüfi 
deyildir ki, son illərdə fəlsəfi fikirdə ictimai tərəqqini insan meyarı 
baxımından ölçülməsinin zəruriliyi özünə geniş yer tapmaqdadır. 
1
Bax: Ильин В. Философия, с. 527 


267 
 VIII FƏSIL.
TƏBIƏT VƏ CƏMIYYƏT 
 
1. Təbiətin fəlsəfi anlamı 
 
Varlıq mövzusu keçilərkən qeyd olundu ki, onun ən mühüm və əsas 
forması təbiətin varlığıdır. Buradan aydın olur ki fəlsəfədə təbiətin 
cəmiyyətlə münasibətlərinin öyrənilməsi zəruridir. Əks halda "dünya-
insan" münasibətlərini tam əhatə etmək qeyri-mümkündür.
Hər şeydən əvəl təbiət anlayışına diqqət yetirək Bu anlayış müxtəlif 
mənalarda işlənilir. 
Sözün geniş mənasında təbiət dedikdə bütünlükdə 
"kosmos", "universium", materiyanın bütün formalarının məcmusu 
əhatə olunur
. Bununla yanaşı təbiət anlayışı məhdud mənada da işlənir. 
Bu halda o, insan cəmiyyətinin mövcudluğu və fəaliyyətinin təbii şəraiti 
kimi başa düşülür. Fəlsəfə təbiət anlayışını məhz bu mənada götürür, onu 
insanın həyat fəaliyyətinin daimi və zəruri şərti hesab edir. Insan yarandığı 
gündən onun bütün həyatı təbiət ilə ayrılmaz əlaqədə baş verir. Deməli 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin