Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə314/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   310   311   312   313   314   315   316   317   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

 
2. Təbiət-cəmiyyət münasibətlərinin
əsas istiqamətləri 
 
Təbiət-cəmiyyət münasibətləri məzmunca çox geniş olub, aşağıdakı 
səpkiləri əhatə edir. 
Hər şeydən əvvəl bunu 
qeyd etmək lazımdır ki, 
təbiət insanın mövcudluğunun təbii şəraiti və onun fəaliyyəti üçün məkan 
etibarilə meydan rolunu oynayır. Bu səpki ən əsasdır və digər istiqamətlər 
bir növ onun konkretləşmiş formalarıdır. Bununla yanaşı onlar xeyli 
dərəcə müstəqil xarakter daşıyır və onları ayrı-ayrılıqda qeyd etmək va-
cibdir. Insanın təbiətə münasibətinin 
ikinci
formasını 
qısa şəkildə idraki 
münasibət kimi göstərmək olar. Bu o deməkdir ki insan bütün ömrü boyu 
təbiətin sirlərini onun qanunauyğunluqlarını dərk etməyə səy göstərir. 
Həmin istiqamət təbiətşünaslıq elmlərinin (təbiət haqqında elmlərin) 
yaranması və inkişafında daha əyani reallaşır. 
Üçüncü, insan təbiətə həm 
də fəal qiymətverici münasibət bəsləyir
. Qeyd olunan səpki öz ifadəsini 
bunda tapır ki, insan təbiətə gözəllik mənbəyi, xeyirxahlıq, xoş niyyət 
mənbəyi kimi yanaşır. 
Nəhayət, 
son dövrlərdə insan -təbiət 
münasibətlərində prinsipcə yeni bir səpki formalaşmış və inkişaf 
etməkdədir. Bu səpki odur ki, insanda təbiətin qorunub saxlanması üçün 
mə‟suliyyət hissi yaranır. Bu hiss daha çox inkişaf etməkdədir. Yuxarıda 
deyilənlər sübut edir ki, insanın təkcə fiziki həyatı deyil, həm də mə‟nəvi 
həyatı təbiətlə sıx bağlıdır. Buna görə də təbiətin fəlsəfi anlaşılmasında, 
insanların istehsal fəaliyyəti ilə yanaşı həm də estetik, əxlaqi və 
qiymətverici tərəfləri araşdırmaq zəruridir. 
Təbiət ilə cəmiyyət arasındakı münasibətlərin xarakteri konkret ta-
rixi məzmuna malik olur. Bu mə‟nada aşağıdakı tarixi mərhələləri 
ayırmaq olar:
Birinci mərhələ
ən qədim dövrü əhatə edir. Bu mərhələdə insanlar 
təbiətin hazır məhsullarından istifadə etməklə, ovçuluq və balıqçılıq ilə 
məşğul olurdular. Başqa sözlə mənimsənilən iqtisadiyyatın hökm sürdüyü 
həmin mərhələdə insanlar təbiət qüvvələrindən demək olar ki tam asılı 
idilər. Buna görə də ona sitayiş edir, müxtəlif qurbanlar verməklə ondan 
rəhm diləyirdilər. Həmin dövrdə onların dünyagörüşündə fetişizm, 
cadugərlik və ovsunçuluq geniş yer tuturdu. Ibtidai insanlar təbiəti 
ilahiləşdirir. Yaşamağının mənbəyini ona itaət etməkdə görürdülər. 
Ikinci mərhələ
təxminən 7-10 min il bundan əvvəl baş vermiş neo-
lit inqilabı ilə başlanmışdır. Onun əsas məzmununu əkinçilik ilə 
maldarlığın bir-birindən ayrılması, oturaq həyata və yaradılan iqtisadiyya-


271 
ta keçilməsi təşkil edir. Artıq bu dövrdə insanlar təbiətin hazır 
ne‟mətlərindən istifadə etməklə kifayətlənmir, lazım olan məhsulları və 
yaşayış vasitələrini özü istehsal etməyə başlayırlar. Bu, bir tərəfdən icti-
mai inkişafa təkan verdisə, digər tərəfdən cəmiyyət ilə təbiət arasında 
ziddiyyətlərin yaranmasına gətirib çıxardı. Buna baxmayarıq təbiət ilə 
cəmiyyət arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir və 
möhkəmlənirdi. 
Üçüncü mərhələ 
təxminən XVI-XVII əsrlərdən ehtibarən 
özünü göstərir. Onun əsas mahiyyətini maşınlı sənayeyə keçilməsi 
nəticəsində insanların təbiətə göstərdiyi tə‟sirin güclənməsi təşkil edir. 
Cəmiyyətin sərəncamında olan texniki vasitələr təkmilləşdikcə sözün əsl 
mənasında təbiətin amansız istismarı baş verdi. Təbiətdən mərhəmət 
gözləməmək, onu özünə ram etmək bu mərhələnin əsas prinsipini təşkil 
edir. Nəhayət XX əsrin ortalarından etibarən təbiət-cəmiyyət 
münasibətlərində keyfiyyətcə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin