Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


bilik  əldə olunur. Qeyd edək ki,  bilik anlayışı ən‟ənəvi olaraq üç mə‟nada işlənir.  Birinci mə‟na insanın



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə324/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   320   321   322   323   324   325   326   327   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

bilik 
əldə olunur. Qeyd edək ki, 
bilik anlayışı ən‟ənəvi olaraq üç mə‟nada işlənir. 
Birinci mə‟na insanın 
müəyyən qabiliyyət
, bacarıq və vərdişlərini ifadə edir. 
Biliyin ikinci 
mə‟nası
onu idraki əhəmiyyət kəsb edən hər cür informasiya ilə 
eyniləşdirir. 
Nəhayət üçüncü mə‟na onu xüsusi idraki vahidi kimi 
səciyyələndirir. 
Idrak ilə biliyin münasibəti müəyyən bir proses ilə onun nəticəsi 
arasındakı münasibət kimidir. Bu o deməkdir ki, bilik idrak prosesinin 
məhsuludur. Hər bir dövrdə qazanılmış biliklər cəmiyyətin ümumi 
yaddaşına hopur, sosial irsiyyət mexanizmi olan mədəniyyət vasitəsilə 
nəsildən nəslə ötürülür. 
Bilikdən danışarkən 
onun rə‟y və etiqad ilə münasibətinə də 
nəzər 
yetirmək lazımdır.
Rə‟y müəyyən subyektiv və obyektiv əsaslara görə nəyinsə 
həqiqi olduğunu qəbul etmək deməkdir
. Rə‟ylər müsbət və mənfi, elmi 
və qeyri-elmi ola bilir. Rə‟y bəzən obyekt haqqında prinsipial və ardıcıl 
1
Bax: Алексеев П., Панин А. Философия, с.115 
2
Bax: Спиркин А. Философия, с.426. 


284 
baxışın olmamasını ifadə edir. Etiqad 
dedikdə hər hansı bir işin (fikrin) 
kifayət qədər subyektiv əsaslar üzündən (obyektiv əsasların olmadığı 
halda) şüurlu surətdə qəbul edilməsi başa düşülür
. Etiqadlar praqmatik 
(müəyyən fayda verən), doktrinal (ümumi müddəalara inam) və dini eti-
qad formasında olur.
Bilik bu iki anlayışdan fərqli olaraq müəyyən fikrin kifayət qədər 
obyektiv və subyektiv əsaslarla qəbul olunması deməkdir. Son dövrlərdə 
insanların istehsal və mə‟nəvi fəaliyyətinin kompüterləşməsi ilə əlaqədar 
olaraq «biliklə» sıx bağlı olan «informasiya» anlayışı geniş işlənməkdədir. 
Hətta bə‟zi hallarda bu iki anlayışı eyniləşdirirlər. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin