321
Kəşf sadəcə olaraq yeni faktı aşkar etmək deyildir. Əsas məsələ bu
faktın ümumi nəzəri sistemdə tutduğu yeri aşkar etməkdir. Yeni faktların
ardıcıl sürətdə təhlili və mə‟nalandırılması çox vaxt yeni nəzəriyyənin
yaradılması ilə nəticələnir.
Kəşf və ixtiralar çox vaxt təsadüfi müşahidə olunan faktların
araşdırılması və ümumiləşdirilməsi nəticəsində baş verir. Bunu elm və
texnika sahəsində edilmiş kəşflərin tarixi də sübut edir. Məsələn, Dani-
marka fiziki X.Ersted tələbələrlə apardığı elektriklə bağlı təcrübələrdə
təsadüfən müşahidə edir ki, elektrik dövrəsi qapandıqda onun yanındakı
kompasın əqrəbi hərəkət edir. Bu təcrübəni bir neçə dəfə təkrar etdikdən
sonra o, maqnetizm ilə elektrikin əlaqəsi haqqında məşhur kəşfini
etmişdir.
Yaradıcılıq insanın bütün mə‟nəvi qüvvələrinin səfərbər
edilməsinin nəticəsində mümkün olur. O təxəyyül ilə sıx əlaqədədir.
Təxəyyül də mə‟nəvi fəallığın spesifik formasıdır. O bir tərəfdən keçmiş
təcrübənin yenidən canlandırılması, digər tərəfdən isə hələ mövcud ol-
mayan, lakin gələcəyin tələbatı kimi çıxış edən yeninin fikrən
quraşdırılmasını ifadə edir. Bu mə‟nada təxəyyül idrakda mühüm yer tu-
tur. Lakin unudulmamalıdır ki, təxəyyül gerçəklikdən həddən artıq uzaq
olduqda, öz məhsuldar yaradıcılıq keyfiyyətini itirir və bəhrəsiz fanta-
ziyaya çevrilir.
Dostları ilə paylaş: