252
instinktlərin əksinə olaraq insan üçün tamamilə başqa davranış qaydaları
müəyyən edir.
Bir çox filosoflar insanın unikallığını onun
zəkaya
malik olmasında
görürlər. Bu fikir hələ qədim yunan fəlsəfəsində özünü göstərirdi. Lakin
fəlsəfə tarixində digər bir nöqteyi-nəzər də qərarlaşmışdır. Həmin
mövqeyə görə zəka insanın qüvvəsinin və unikallığının mənbəyi deyildir.
Vaxtilə mömin Avqustin göstərirdi ki, zəka insanın ən yüksək keyfiyyəti
deyildir. O insanın şübhəli və qeyri-müəyyən xassələrindən biridir. Bu
fikri davam etdirən antropoloq E.Kasirer qeyd edirdi ki, zəka bizə həqiqət
və müdrikliyə nail olmağın yolunu göstərə bilməz. Çünki onun özünün
mə‟nası qaranlıqdır və mənşəyi sirrlidir. Bu sirri yalnız xristian vəhyi aça
bilər. Şopenhauerə görə zəka insanın əzəldən malik olduğu xüsusi mə‟nəvi
qüvvə deyildir. O insanda bir sıra daha çox əhəmiyyətli olan təbii
keyfiyyətlərin söndürülməsinin acı nəticəsidir. XIX əsrin sonlarında ingi-
lis filosofu U.Morris də zəkanın nüfuzuna qarşı çıxmışdır. O öz
əsərlərində intelektual cəhətlərdən azad olan cəmiyyəti təsvir edir və
göstərirdi ki, buna görə də həmin cəmiyyət xoşbəxtdir. Burada elm, fəlsəfə
və incəsənətin mürəkkəb növləri yoxdur. Əsas məşğuliyyət xırda
sənətkarlıqdır. Zəka rəqabət və bərabərsizlik yaradır. Zəkanın nüfuzu so-
sial bərabərlikdən imtina edilməsi, intellektin inkişafı isə şəxsiyyətin
deformasiyası ilə müşaiyət olunur.
Müasir postfreydist psixatriyada ağılsızlıq və zəkasızlıq ictimai
nöqsanların əzabverici nəticəsi kimi izah olunmur. Əksinə göstərilir ki,
onlar sosial quruluşun dağıdıcı impulslarına qarşı fəal reaksiyadır.
Beləliklə zəka xeyirxahlıq deyil, lənət kimi qəbul olunur. Məsələn E.From
yazır: «Öz-özünü başa düşmə, zəka və təxəyyül qüvvəsi heyvanların
mövcudluğunu səciyyələndirən «ahəngdarlığı» məhv etdi. Onların
yaranması ilə insan anomala, universumun əcayibinə çevrilir»
1
Yuxarıda deyilənlər göstərir ki, insanın elə bir keyfiyyətini
(bədənin təşkili, zəkalılığı, ünsiyyəti və ya digər keyfiyyətlərini) ayırmaq
çətindir ki, onun özünəməxsusluğunun bütün miqyasını əhatə etsin. Bura-
dan belə bir güman irəli gəlir: ola bilər ki, insanın unikallığı onun insan
təbiəti ilə bağlı deyildir, onun varlığının qeyri-standart formalarında üzə
çıxır.
Beləliklə insan təbiəti rəngarəngliyi və qeyri-sabitliyi ilə seçilir.
Belə ki, onun açıqlığı,
Dostları ilə paylaş: