247
hissiyyatlardan asılı deyildir; 4) həmin qüvvə tarix, əhali artımı və yer
baxımından mütləq sabit xarakter daşıyır.
Fəlsəfi fikir tarixində (yunan fəlsəfəsindən başlayaraq klassik al-
man fəlsəfəsinə qədər olan böyük bir dövrdə) insan haqqında tə‟limin bu
dörd tərəfi çox az dəyişikliyə uğramışdır. Uzun əsrlər boyu zəkalı insan
ideyası mövcud olmuşdur. Maarifçilik fəlsəfəsi nümunəsində isə bu ideya
daha da parlamışdır. Lakin Şeler əsassız olaraq naturalist insan (homoha-
turalis) ilə fəaliyyət göstərən insanı (homofaber) birlikdə götürür.
Beləliklə də o insanı heyvandan o qədər də ayırmır. O yazırdı: «Burada
insan ilə heyvan arasında mahiyyət fərqi yoxdur; onlar yalnız əlamətlərin
mövcud olma dərəcələrinə görə fərqlənirlər. Insan yalnız heyvanın xüsusi
növüdür. Bütün canlılara xas olan elementlər, qüvvə və qanunlar insanda
da vardır. Lakin bunlar insanda daha mürəkkəb nəticələr törətməklə
təzahür edir»
1
Şelerə görə insanın mahiyyəti onun zəkalı varlıq olmasında deyil-
dir. Bundadır ki, o bioloji instinktiv mövcudatdır. Insan yüksək inkişaf
etmiş canlı mövcudatdan başqa bir şey deyildir. Onun ruhu, zəkasına
gəlincə isə bunlar müstəqil, xüsusi, metafizik mənşəyə malik deyillər. On-
lar yalnız yüksək psixiki qabiliyyətlərin davamıdır. Belə qabiliyyətlər
insanabənzər meymunlarda da vardır.
Əlbəttə Şelerin bu fikri ilə razılaşmaq çətindir. Çünki insanın
fəaliyyət göstərmək qabiliyyəti heç də təbii xassə deyildir. O insanın çox
mühüm antropoloji keyfiyyətidir. Insanın fəaliyyəti yaradıcı xarakter
daşıyır. Onu təbii müqqəddəm şərtlərlə eyniləşdirmək doğru olmazdı.
Dostları ilə paylaş: