Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


həm əmək alətləri həm də nitq müəyyən ic-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə290/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   286   287   288   289   290   291   292   293   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

həm əmək alətləri həm də nitq müəyyən ic-
timai münasibətlər sistemində və onun tə‟siri altında baş verir
. Ictimai 
münasibətlərin özünün qərarlaşması heyvan sürüsündə bioloji tələbatların 
inkişafı ilə sıx əlaqədə baş verir. Belə ki, meymun sürüsünün daxilində 
erkək və dişi cinslər, meymun valideynlər ilə onların balaları arasında 
kifayət qədər yüksək inkişaf etmiş münasibətlər mövcuddur. Sözün əsl 
mə‟nasında təsərrüfat fəaliyyətinin formalaşması gedişində bu 
münasibətlər dərin dəyişikliklərə uğrayır. Belə ki, əl əmək alətlərinə malik 
olması nəticəsində insan ovçuya çevrilir. Bu isə həm də mənfi nəticə 
doğurur, yə‟ni qəbilə kollektivi daxilində rəqabəti artırır. Qəbilə daxilində 
dişi cinsli nümayəndələrə sahib olmaq üstündə barışmaz düşmənçilik 
özünü göstərməyə başladı. Bu isə nəslin formalaşmaqda olan vəziyyətinə 
pis tə‟sir edirdi. Çünki, qəbilə daxili düşmənçiliyin mövcud olduğu 
şəraitdə birgə ov etmək, təsərüfat aparmaq çətinləşirdi. Beləliklə icmanın 
daxilində heyvani cinsi instinktləri qadağan etmək vəzifəsi qarşıya çıxdı. 
Onun həlli ölüm-dirim məsələsi idi. Icma xeyli dərəcədə çətinliklə də olsa 
bu vəzifəni yerinə yetirməyin vasitələrini tapa bildi. Bu qəbilə daxilində 
cinsi əlaqələrin qadağan edilməsi oldu. Deməli, endoqamiyadan ekzoqa-
miyaya keçildi. Bu, insan cəmiyyətinin böyük sosial nailiyyəti idi. Çünki 


244 
təbiətdə, heyvanlar aləmində cinsi qadağa və məhdudiyyətlər demək olar 
ki, yoxdur. Qəbilə daxilində cinsi əlaqələrin qadağan edilməsi nəsil 
artımının tənzimlənməsində müstəsna rol oynadı. Ilk növbədə qəbilə 
üzvləri arasında bir-birinə olan münasibətlər dəyişildi. Insanlar tədricən 
bir qəbilənin daxilində qan qohumluğuna malik olduqlarını başa düşməyə 
başladılar. 
Fərdlərin qohumluq münasibətlərində olması, onlarda yeni 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin