Beləliklə də bioloji aləmdə əsas yer tutan bioloji irsiyyətin yerinə so- sial varislik yaranır. Sosial varisliyin mexanizmi nəsillərin içtimai həyatda bir-birini əvəz etməsidir . Bu prosesds sözün geniş mə‟nasında
götürülən mədəniyyət müstəsna rol oynayır. Insanın heyvanat aləmindən
ayrılması çox böyük hadisə olmuşdur. Öz miqyası və əhəmiyyətinə görə
onu cansız təbiətdən üzvi aləmə keçid ilə müqayisə etmək olar. Insanın
yaranmasına keçid prinsipcə yeni tiplidir. Çünki burada söhbət növdaxili
dəyişikliklərdən getmir. Tamamilə yeni tipli təkamül forması fəaliyyət
göstərir. Bu keçidin məzmunu tarixi faktlarla kifayət qədər
əsaslandırılmamışdır. Buna görə də bir çox cəhtdən hipotez xarakteri
daşıyır. Məsələ bundadır ki, insanabənzər meymunlar ilə ağıllı insan
arasında keçid tipi hələ tam aşkar edilməmişdir. Təbiidir ki, bu keçid ani
baş verməmiş, milyon illəri əhatə edən uzun proses olmuşdur. Onun tarixi
təxminən 3-3,5 milyon ili əhatə edir. Müqayisə üçün deyək ki, bu, yazının
meydana çıxdığı tarixdən 1000 dəfə çoxdur.
Yuxarıda deyildiyi kimi insanın mənşəyinin əmək nəzəriyyəsi
kifayət dərəcədə geniş yayılmışdır. Bununla belə o heç də hamı tərəfindən
birmə‟nalı qəbul olunmur. Bu tə‟limin əleyhdarları bir sıra ciddi
arqumentlər irəli sürürlər.
Əvvəla , elmdə təkamül gedişində və yaxud süni
seleksiya yolu ilə bir növdən digərinə keçilməsini göstərən çoxlu faktlar
bəllidir .Xüsusilə də müasir genetikanın nailiyyətləri bunu təsdiq edir. La-
kin elm qədim insana bənzər canlılar ilə insan (kromanyon) arasında keçid
vəsiləsini bu günə qədər tam aşkar etməmişdir.
Bundan əlavə məlumdur ki , neandertal adam qədim insanın kromanyonla bir dövrdə yaşamış başqa
242
növüdür. Ehtimal olunur ki, neandertal elə kromanyon tərəfindən məhv
edilmişdir. Beleliklə də primatlar ilə insan arasında ayrılıq nəinki azalmır,
əksinə artır. Insanın mənşəyinin əmək nəzəriyyəsinin