bildiyini bilir, sonra
onun bildiyini bilir, və nəhayət
nəyi bildiyini bilir.
Bütün bunlardan əlavə insan onu da bilir ki, onun biliyindən kənarda,
yə‟ni bilmədiyi bütöv bir ümman vardır. Insanın özü haqqında biliyə ma-
lik olması, onun öz hərəkətlərini ölçüb-biçməsi, fəaliyyətini və başqaları
ilə ünsiyyətini düzgün qurmağa kömək edir.
Mənlik şüuru, şüur ilə ayrılmaz əlaqəlidir. O özündə hətta şüurun
müəyyən momentlərini saxlayır. Onların əlaqəsini aşağıdakı fikirdən də
görmək olar: «Mən ağacı görürəm» cümləsində vurğunu
ağacın üzərinə
salsaq, onda diqqət xarici obyektə yönəlir. Əgər vurğu
görürəm sözünə
düşərsə, onda diqqət mə‟lumat alma prosesinə və onun konkret növünə
yönəlir. Nəhayət vurğu
«Mən» sözünə salındıqda isə diqqət subyektə
yönəlir. Bu nümunədə şüurun obyektdən subyektə doğru mərkəzləşməsi,
yə‟ni şüurdan mənlik şüuruna keçməsi aydın görünür. Özündən kənar xa-
rici reallığı başa düşməklə yanaşı, insan həm də öz reallığını əks etdirir.
Mənlik şüurunun formalaşması və inkişafı ictimai mahiyyət kəsb edir . Bu o deməkdir ki, hər bir şəxsin mənlik şüuru başqaları ilə
ünsiyyətdə, onların verdiyi qiymətləndirici münasibətlərlə ayrılmaz
əlaqədə yaranır. Digər tərəfdən, hər bir insanın hərəkət və davranışlarına
müəyyən tələblər və normalar qoyulur. Mənlik şüuru onları nəzərə almaq-
la və onlara müvafiq formalaşır. Mənlik şüurunun sosial şərtlənməsi həm
də bunda ifadə olunur ki, onun formalaşması mövcud cəmiyyətin maddi
və mə‟nəvi mədəniyyətinə arxalanmaqla baş verir. Əslinə qalsa mənlik
şüurunun yaranması bu və ya digər fərdin daxili arzusundan daha çox
insanın sosial xarakterinin; onun cəmiyyətin üzvü kimi ümumi
birgəyaşayış qaydalarına, normalarına və tələblərinə əməl etməsi
zərurətinin məhsuludur. Ictimai mühit insandan tələb edir ki, o öz
hərəkətlərini, davranışını, fikir və hisslərini müəyyən sosial normalar
üzərində qursun. Öz hərəkətlərini ümumi şərait ilə uzlaşdırmağı bacaran
insan onların nəticələrini irəlicədən görür və düzgün qiymətləndirə bilir.
Buradan aydın olur ki, mənlik şüuru həm də