Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Bixeviorizm (davranış deməkdir) adlanan cərəyan da şüuru or-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə265/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   261   262   263   264   265   266   267   268   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Bixeviorizm (davranış deməkdir) adlanan cərəyan da şüuru or-
qanizmin fiziki reaksiyaları hesab edir
. Onun nümayəndələrinin 
(R.Çotson və başqaları) fikrincə psixiki mə‟nəvi hadisələr müxtəlif 
davranış normalarından ibarətdir. Davranış norması dedikdə isə onlar or-
qanizmin xarici mühitə cavab reaksiyalarını başa düşürdülər.
Şüur ilə beynin münasibətlərinin düzgün anlaşılmasında psixifizi-
oloji proseslərin reflektor təbiəti haqqında tə‟lim müstəsna rol oynayır. 
Onun baniləri (I.Seçenov, I.Pavlov, A.Uxtomskiy) sübut etdilər ki, insan 
psixikası xarici mühitin tə‟siri ilə inkişaf edən aktiv fəaliyyət sistemidir. 
Reflektor prosesi qıcığın qəbulu ilə başlanır, beyin yarımkürəsinin əsəb 
prosesləri ilə davam edir və orqanizmin cavab reaksiyası ilə başa çatır. 
Şərti və şərtsiz reflekslər vardır. Beynin reflektor fəaliyyəti birinci və ikin-
ci siqnal sisteminə arxalanır. Birinci siqnal sistemi psixikanın sadə 
formaları (duyğu, qavrayış və təssəvvürlər) vasitəsilə həyata keçirilir. O, 
heyvanlarda da vrdır. Ikinci siqnal sistemi yalnız insanlarda mövcud olur. 
O söz, nitq mexanizmi və anlayışlar ilə həyata keçirilir.
Şərti qıcıqlandırıcının tə‟siri beyin qabığına daxil olarkən o burada 
keçmiş təcrübə nəticəsində yaranmış əlaqələrin mürəkkəb sistemi ilə 
qovuşur. Buna görə də orqanizmin davranışı tək həmin tə‟sirlə deyil, 
bütün mövcud əlaqələr sistemi ilə şərtlənir. 
Reflektor fəaliyyətinin mühüm 
bir prinsipi möhkəmləndirmə 
adlanır
. Bu o deməkdir ki, müəyyən nəticə verən reflektor fəaliyyəti 
təsbit olunur, beyində möhkəmləndiri
lir. Reflekslərin möhkəmlənməsi 
prinsipi əks əlaqə mexanizminin effektinə arxalanır. 
Yəni hər hansı bir 
reflektorun tə‟siri ilə müəyyən reaksiya törəndikdən sonra, onun 
impulsları yenidən mərkəzə qayıdır. Əks əlaqənin vəzifəsi beyni onun 
idarə etdiyi sistemdə baş verən yeniliklərlə məlumatlandırmaqdır. Əgər 
beyin baş verən hərəkətləri vaxtında əlaqələndirə və onlara nəzarət edə 
bilməzsə, bu orqanizm üçün çox ağır nəticələr törədər.
Qeyd olunmalıdır ki, insanın beynində daim fizioloji, biofiziki, bio-
elektrik, biokimyəvi və biosahə prosesləri gedir. Məhz onlar psixiki 
fəaliyyəti təmin edirlər. Onlarsız beyində hər hansı sadə bir hiss və ya 
sövqetmə baş verə bilməz. Psixiki fəaliyyətin əsas məzmunu beyin 
tərəfindən reallığın əks etdirilməsidir. Əlbəttə, gerçəklik hadisələrinin
onların xassələrinin beyində əks olunması onların beynə köçməsi demək 
deyildir. Bunu həm də beyində onların fiziki izlərinin yaranması kimi də 


219 
başa düşmək olmaz. Belə ki, ətraf aləmin əşya və hadisələrinin beyində 
inikası onların subektiv, ideal, mənəvi obrazı deməkdir. Ən əsası odur ki, 
bu obrazlar əks etdirilən gerçəklik obektlərinin özü deyildir. Onları həm 
də fizioloji proseslərdən ibarət hesab etmək doğru deyildir. Məsələn 
müəyyən ağac parçasının və ya daşın beynimizdə yaranan obrazı bu 
obektlərin fiziki xassələrinə (ağırlıq, bərklik və s) malik deyildir. Həm də 
məlumdur ki, insanın ruhunu görmək, ona toxunmaq olmaz. Heç bir cihaz-
la fikri aşkar etmək mümkün deyildir. Sonuncular vasitəsilə yalnız əsəb 
proseslərini öyrənmək olur. Onların daxili məzmunu isə naməlum qalır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin