215
yüksək təfəkkürə malik olanları şimpanze meymunu və delfinlər hesab
olunur.
Müşahidələr göstərir ki, şinpanze predmetlərin formasını
dəyişərək, onlardan alət kimi istifadə etməyə qadirdir. Onlar özlərinə yuva
tikərkən predmetlərin xassələrinə uyğun hərəkət edirlər. Bu və digər fak-
tlar sübut edir ki, ali heyvanların davranışında əqli hərəkətlərin ünsürləri
mövcuddur. Deyilənlər göstərir ki, ali heyvan növlərinin davranışı şərti və
şərtsiz reflekslərlə, instinktlərlə məhdudlaşmır. Onların
beynində
mürəkkəb psixi əsəb prosesləri baş verir. Bu proseslər bioloji məqsədi və
ona çatmağın yollarını müəyyənləşdirir. Ali heyvanlarda bioloji məqsəd
onların beynində yaranmış obrazın əsasında formalaşır.
Həmin obraz öz
məzmunu və mənbəyinə görə obyektivdir, yə‟ni ətraf aləmdəki obyektləri
in‟ikas etdirir. Deməli əsəb fəaliyyəti təkcə fizioloji və maddi xarakter
daşımır.
O həm də psixiki, ideal xassəyə malikdir.
Yuxarıda deyilənlərlə əlaqədar belə bir sual qarşıya çıxır. Heyvan-
lar fikirləşə bilirmi? Bu suala cavab verərkən onun hansı mə‟nada
işlənildiyi nəzərdə tutulmalıdır. Başqa sözlə,
heyvanlar insan kimi
fikirləşə bilmirlər. Hələ heç bir heyvan öz hərəkətini, özünün dünyada və
digər sürü üzvləri arasında yerini başa düşməmişdir.
Onların şüuru və
mənlik şüuru yoxdur. Bununla yanaşı ali heyvan növlərində elemen-
Dostları ilə paylaş: