Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə241/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   237   238   239   240   241   242   243   244   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Səbəb-nəticə 
münasibətlərində maddənin enerjinin və ya informasiyanın səbəbdən 
nəticəyə ötürülməsi baş verir
. Bu proses kütlənin saxlanması və enerji-
nin çevrilməsi qanunlarına əsaslanır. 
Səbəbiyyət münasibətləri bir istiqamətlidir, yə‟ni zaman 
baxımından qeyri assimetrikdir. Başqa sözlə əvvəlcə səbəb özünü göstərir, 
sonra isə nəticə yaranır. Lakin hər əvvəl gələn hadisəni sonrakının səbəbi 
hesab etmək olmaz. Məsələn şimşək ildırımdan əvvəl görünsə də, onun 
səbəbi deyildir. Yaxud gecə-gündüz münasibətləri də bu qəbildəndir. 
Son 
dövrlərdə səbəbiyyət əlaqələrində informasiyanın ötürüldüyü fikri 
geniş yayılmaqdadır. 
Xüsusilə də mürəkkəb sistemlərdə ötürülən infor-


196 
masiya saxlanılır və idarəetmədə istifadə olunur. Səbəbiyyətin informasiya 
səpkisi sosial həyatın izahında çox mühüm rol oynayır.
Səbəbiyyət əlaqələri prosesində həm də səbəbin strukturunun 
müəyyən əlamətləri nəticəyə keçə bilir. Bu materiyanın in‟ikas xassəsi ilə 
bağlıdır. 
Səbəb-nəticə əlaqələri çoxtərəflidir. Belə ki, onlar birbaşa və 
dolayısı ilə özünü göstərə bilir. Səbəbiyyət əlaqələri həm də kompleks 
xarakter daşıyır. 
Bu səbəbiyyətin əsasları deyilən anlayışda ifadə olu-
nur
. Həmin anlayışa aşağıdakı dörd tərəf daxildir: əsl səbəb, səbəbin 
özünü göstərmə şəraiti, səbəbin baş verməsi üçün bəhanə və səbəbin sti-
mulu. 
Öz-özünü tənzim edən sistemlərdə (məsələn cəmiyyətdə) 
səbəbiyyət əlaqələri mürəkkəbdir. Burada özdeterminasiya (daxili deter-
minasiya) mühüm yer tutur. Bu o deməkdir ki, belə sistemlərin vəziyyəti 
təkcə ətraf mühitin tə‟siri ilə müəyyən olunmur. Sistemin əvvəlki, buna 
qədər olan mərhələləri də ona güclü tə‟sir edir.
Səbəb-nəticə əlaqələri universal, obyektiv və zəruridir. Onlar 
məkan və zaman baxımından sonsuzdur.
Səbəb-nəticə əlaqələrinin bir mürəkkəb forması da qarşılıqlı 
tə‟sirdir. Bu formada səbəb və nəticə bir-birinə tə‟sir edir. Başqa sözlə, 
onların hər ikisi həm səbəb, həm də nəticə rolunu oynayır. Ümumiyyətlə 
səbəb-nəticə əlaqələrini bir istiqamətli təsəvvür etmək doğru deyildir. 
Çünki əksər hallarda (xüsusən də mürəkkəb vəziyyətlərdə) qarşılıqlı tə‟sir 
mövcud olur. Səbəb ilə nəticənin qarşılıqlı tə‟siri əks əlaqə prinsipi 
adlanır. Həmin prinsip informasiyanın qəbul olunması, qorunması, 
işlənilməsi və istifadə olunmasını həyata keçirən özünütəşkil edən 
sistemlərdə fəaliyyət göstərir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin