Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Bu  vəziyyət görünüş (zahirilik) anlayışı vasitəsilə ifadə olunur



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə232/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   228   229   230   231   232   233   234   235   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Bu 
vəziyyət görünüş (zahirilik) anlayışı vasitəsilə ifadə olunur
. Görünüşə 
misal olaraq ilğımı göstərmək olar. Yə‟ni düzən bir yerdə durub uzağa 
tamaşa edərkən bizə elə gəlir ki, üfüqdə yer ilə göy birləşir. Əslində isə bu 
görünüşdür. Yaxud da aran zonada olan böyük bir çayın sahilində dayanıb 
çaya baxarkən bizdə belə bir təəssürat yaranır ki, sanki çay axmır. Bu hal-
da çayın axan mahiyyəti onun üzdə olan hadisəsində ifadə olunmur. Əsl 
mahiyyət yə‟ni çayın dərində güclü axına malik olması müşahidə edilmir. 
Belə hallarda əsl mahiyyət ilə onun təhrif olunmuş zahiri 
görünüşünü bir-birindən fərqləndirmək lazımdır. Mahiyyət ilə hadisənin 
qarşılıqlı münasibətlərində birinci əsas rol oynayır. Lakin hadisə də passiv 
deyildir. O ifadə etdiyi mahiyyətə onun inkişafına fəal tə‟sir göstərir. 
Mahiyyəti, görünüşü və hadisəni düzgün anlamaq son dərəcə 
vacibdir
. Bu o deməkdir ki, hər bir hadisənin mahiyyətini aşkar etmək 
üçün müşahidə mə‟lumatlarına tənqidi yanaşmaq, real olan ilə zahiri 
tərəfi, üzdə olan ilə daxili olanı fərqləndirmək tələb olunur. Bu təkcə elmi 
mə‟nada deyil, həm də praktikada zəruridir. 
Mahiyyət kateqoriyası müəyyən obyektdə olan əsas xassə və 
münasibətləri seçib ayırmaq imkanı verir. Bu həm də həmin obyektdəki 
digər xassə və münasibətləri şərtləndirən səbəbləri aşkar etmək üçün
zəruridir. 
Mahiyyətin gizli və dərində olması, onun ilk nəzərdə bəlli 
olmaması müxtəlif elmlərin lazımlılığını göstərir. Belə ki, elmin istiqaməti 
hadisədən mahiyyətə doğru yönəlir. O inkişaf etdikcə birinci dərəcəli 


189 
mahiyyətdən ikinci dərəcəliyə və daha dərin mahiyyətlərə nüfuz edir. 
Əgər mahiyyət ilk baxışda, yə‟ni hadisədə mə‟lum olsaydı, onda heç bir 
elmə xüsusi ehtiyac qalmazdı. 
Beləliklə mahiyyət və hadisə obyektiv reallığın bir-birilə bağlı iki 
müxtəlif səviyyəsini ifadə edir. Mahiyyət reallığın daxili, dərin, gizli nisbi 
sabit tərəfini göstərir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin