Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Təkcə ilə ümuminin əlaqələri «xüsusi» kateqoriyası



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə231/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   227   228   229   230   231   232   233   234   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Təkcə ilə ümuminin əlaqələri «xüsusi» kateqoriyası 
vasitəsilə 
tə‟min olunur. Xüsusi təkcəyə münasibətdə ümumidir, ümumiyə 
münasibətdə isə təkcədir. Yə‟ni xüsusi, ümumi ilə təkcə arasında aralıq 
mövqeyinə malikdir. Bu üç kateqoriyanın vəhdəti dildə də əks olunur. 
Məsələn «Qızılgül çiçəyi bitkidir» cümləsinə nəzər salaq. Burada qızılgül- 
təkcəni, çiçək-xüsusini və bitki isə ümumini bildirir. 
Təkcə, xüsusi və ümumi arasındakı münasibətləri düzgün başa 
düşmək və fəaliyyətdə nəzərə almaq çox vacibdir.
Mahiyyət və hadisə 
varlığın quruluşunu və təşkilini əhatə edən ka-
teqoriyalar qrupunda mühüm yer tutur. Bu kateqoriyalar gerçəklikdəki 


188 
müəyyən obyektin bir-birilə sıx bağlı olan iki səpkisini-zahiri, üzdə olan 
tərəfini və daxili, dərində olan tərəfini bildirir. 
Mahiyyət 
dedikdə obyektin başlıca, əsas və müəyyənedici tərəfi 
başa düşülür. O həm də obyektin inkişafı meyllərini göstərir. Mahiyyət 
üzdə olmur, gizli, dərin xarakter daşıyır. Buna görə də onu düzgün 
müəyyən etmək heç də həmişə asan deyildir. Bunun üçün xeyli fikri və 
praktiki əməliyyatlar aparmaq lazım gəlir. Bu keyfiyyətinə görə mahiyyət 
anlayışı məzmun və qanun anlayışları ilə bir səviyyəli hesab olunur. 
Hadisə (təzahür) predmetin üzdə olan, müşahidə edilən 
tərəfidir. 
Hadisə mahiyyətin təzahürü, onun ifadə olunması formasıdır. 
Qeyd edək ki, hadisə sözü çox vaxt hər hansı bir obyektin reallığını, 
mövcudluğunu bildirmək üçün işlədilir. Burada isə həmin anlayış yalnız 
mahiyyətin təzahürü mə‟nasında götürülür. 
Mahiyyət ilə hadisə ayrılmaz vəhdətdədir. Hadisə mahiyyətdən 
kənarda mövcud deyildir. Digər tərəfdən hər bir mahiyyət hadisədə 
təzahür edir. Bunu nəzərdə tutaraq Hegel yazırdı: «mahiyyət hadisəlidir, 
hadisə isə mahiyyətlidir». 
Lakin mahiyyət ilə hadisə bir -birinə uyğun gəlməyə də bilir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin