Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Hadisə isə obyektin üzdə olan, müşahidə edilən



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə233/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   229   230   231   232   233   234   235   236   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Hadisə isə obyektin üzdə olan, müşahidə edilən 
və dəyişkən tərəfini əks etdirir

Sistem, struktur, element
.
 
Sistem sözü yunan dilində hissələrdən 
təşkil olunmuş tam mə‟nasını verir. Son dövrlərin fəlsəfi ədəbiyyatında 
sistem ən çox işlənən anlayışlardandır. Sistem anlayışı mürəkkəbdir. Buna 
görə də ona çoxlu tə‟riflər verilir. Hazırda onların sayı 40-dan çoxdur. Bu 
müxtəlifliyə baxmayaraq 
onların hamısında sistemin elementlərin 
qarşılıqlı tə‟sirinə əsaslanması qəbul olunur. 
Sistem dedikdə 
mütəşəkilliyə və struktura malik qarşılıqlı əlaqəli elementlər çoxluğu başa 
düşülür. Sistem, struktur və element anlayışlarından ayrılmazdır. Struktur 
hər bir sistemin daxilində elementlərin nisbi sabit əlaqəsi üsuludur. Hər bir 
sistemin ayrılmaz xassəsi onun strukturlu olmasıdır. Struktur, elementlər 
arasında sabit münasibət və əlaqələri ifadə edir. Bu anlayış elementlərin 
ümumi təşkili qaydası ilə məhdudlaşmır. Onun tərkibinə həm də 
elementlərin məkanda yerləşməsi, onların müxtəlif inkişaf səviyyələri 
arasındakı əlaqələr də daxildir. 
Hər bir sistem daxilində elementlərin çoxsaylı 
əlaqələri mövcud 
olur. 
Struktur əlaqələri mühüm əhəmiyyətə malik qanunauyğun 
əlaqələrdir
. Məhz onların sayəsində sistem vahid tam kimi mümkün olur. 
Çünki struktur əlaqələri inteqrasiya edici funksiya yerinə yetirir. Struktur 
təkcə obyektin elementlərinin məkanda yerləşməsi üsulu deyildir, o həm 
də müəyyən bir prosesin zamanda quruluşudur «və prosesdə baş verən 
dəyişikliklərin müəyyən ardıcıllığı və ritmi deməkdir».
1
Element sistemin ilkin təhlil vahidi, komponentidir. 
Elementin 
ən mühüm xassəsi onun sistemdə zəruri mövcud olmasıdır. Hətta bir ele-
ment olmayanda belə sistem mümkün deyildir. Məsələn insanı sistem kimi 
götürdükdə əsəb sistemi, qan damarları, həzmedici orqanlar onun 
elementləridir. Elementlərin əsas rolu bundadır ki, onlar sistemin struktu-
runu təşkil edən əlaqələrin və münasibətlərin maddi daşıyıcısıdır. Element 
ilə struktur bir-birindən ayrılmazdır. Hər bir maddi sistem onların 
vəhdətinə əaslanır. Mürəkkəb təşkilə malik özüinkişaf edən 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin