Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə235/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   231   232   233   234   235   236   237   238   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Belə sistemlərin öyrənilməsi 
sistemli təhlil metodologiyasına əsaslanır

Bütöv sistemlərin özü müxtəlif meyarlara görə bir sıra növlərə 
bölünür. Məsələn 
sistemlərin hissələri və tam arasındakı əlaqələrin 
xarakterinə görə qeyri-üzvi və üzvi sistemləri fərqləndirirlər. 
Digər bir 
təsnifat materiyanın beş hərəkət formasına uyğun aparılır. Yaxud da 
dəyişkənlik baxımından yanaşdıqda bütöv sistemlər statik və dinamik 
növlərə ayrılır. 
Baş verən dəyişikliklərin tə‟sirinə görə qeyri- funksion-
al
, funksional və inkişafda olan sistemlər fərqləndirilir. Ətraf mühit ilə 


191 
mübadilənin xarakterinə görə açıq və qapalı sistemlər vardır. Öz təşkili 
səviyyəsinə görə sadə və mürəkkəb sistemlər mövcuddur. Daxili 
əlaqələrin xarakterinə görə birmə‟nalı şərtlənən və ehtimali sistemlər
inkişaf səviyyəsinə görə -aşağı və yuxarı sistemlər vardır. Bunlardan əlavə 
öz mənşəyinə görə bütöv sistemlər təbii, sün‟i və qarışıq növlər bölünür. 
Inkişaf istiqamətinə görə isə proqressiv və reqressiv sistemlər vardır. 
Nəhayət, sistemləri öz mövcudluğuna görə maddi və ideal növlərə bölmək 
olar.
1
Sistemin başlıca əlaməti onun inteqrativ keyfiyyətə malik 
olmasıdır. Məhz bu səciyyəsi sayəsində sistemin nisbi müstəqil 
mövcudluğu və fəaliyyəti mümkün olur. Inteqrativ keyfiyyət ilə sistemin 
bütövlüyü arasında ayrılmaz qarşılıqlı əlaqə vardır. 
Müasir dövrdə müxtəlif elm 
sahələrində sistemli təhlil metodu 
geniş tətbiq olunur 
Bu metod dialektikanın qarşılıqlı əlaqə və inkişaf 
ümumi prinsipinin konkretləşməsi kimi çıxış edir. Belə ki, qarşılıqlı 
əlaqənin konkretləşməsi bunda görünür ki sistemli yanaşma determinasiya 
əlaqələrinin aşağıdakı özünəməxsus və mürəkkəb növünü aşkara çıxardır. 
Söhbət sistemdaxili qarşılıqlı tə‟sir əlaqələrindən gedir. Sistemli yanaşma 
həm də inkişaf prinsipini konkretləşdirir. Bu onda ifadə olunur ki, sistemli 
təhlil metodu maddi sistemlərin prosesual xarakterini (yə‟ni onlara davam 
edən kimi yanaşılmasını) aşkar edir.
Sistemlilik keyfiyyəti maddi obyektlərin 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin