186
riyazi, fiziki və bioloji biliyin sintezinin məhsuludur. Onlar bilavasitə
dünyagörüşü funksiyası yerinə yetirmir. Fəlsəfi kateqoriyalar isə
dünyagörüşündən kənarda fəaliyyət göstərmir. Sonra, dialektikanın
kateqoriyaları varlığın universal əlaqələrini ifadə edir. Ümumelmi
anlayışlar isə bir neçə elm sahəsində fəaliyyət göstərir. Buradan aydındır
ki, öz ümumilik dərəcəsinə görə onlar fərqlənir. Belə ki, dialektika
kateqoriyaları ən ümumi xarakter daşıdığı halda, ümumelmi anlayışlar
yalnız bir neçə elmi əhatə edir.
Ümumelmi anlayışlar ilə fəlsəfi kateqoriyaların münasibətinin
izahında iki ifrat mövqe
özünü göstərir. Bunlardan
birincisi
ümumelmi
anlayışların rolunu şişirdir, onları fəlsəfi kateqoriyalar səviyyəsinə
yüksəldir. Belə bir yanlış fikir irəli sürülür ki, hər bir elm ümumelmi
səviyyədə öz fəlsəfi problemlərini həll etməyə qadirdir. Neopozitivizmin
müxtəlif istiqamətləri bunu israr edirlər. Ikinci baxışın tərəfdarları ümu-
melmi anlayışların qnoseoloji və metodoloji rolunu əsassız olaraq
azaldırlar.
Fəlsəfi kateqoriyalar ilə ümumelmi anlayışların əlaqəsi artdıqca, bu
prosesdə onların hər ikisi zənginləşir. Belə ki, birincilərin məzmunu
dərinləşir və konkretliyi çoxalır. Eyni zamanda ümumelmi anlayışların
nəzəri-metodoloji statusu möhkəmlənir, dünyagörüşü əhəmiyyəti artır.
Dialektikanın kateqoriyaları reallığın ən ümumi, mühüm əlaqələri
və tərəflərini əks etdirən ümumi anlayışlardır. Onların məzmununda varlıq
haqqında ən ümumi bilik ifadə olunur. Kateqoriyalar təfəkkür prosesində
çox böyük rol oynayır. Onlar mühüm qnoseoloji və metodoloji funksiya
yerinə yetirirlər. Birinci funksiya onların müəyyən bilik forması olması
deməkdir. Ikinci funksiya bunu ifadə edir ki, kateqoriyalar dünyanın dərk
edilməsinin və mənimsənilməsinin mühüm vasitəsidir. Dialektikanın
kateqoriyaları insanların praktik fəaliyyətinin və elmlərin inkişafının
məhsuludur. Tarixən formalaşmış bu kateqoriyalarda insanların dünyaya
münasibəti ümumi şəkildə əks olunur.
Dostları ilə paylaş: