Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Niyə  inkar sözü iki dəfə təkrar olunur?



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə226/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   222   223   224   225   226   227   228   229   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Niyə 
inkar sözü iki dəfə təkrar olunur? 
Məsələ bundadır ki, birinci dəfəki 
inkar hələ inkişafı tam başa çatdırmır. Inkişaf dövrəsinin tamamlanması 
üçün ikinci səviyyəli inkar, yə
'
ni inkarı inkar zəruridir. Bunu aydın 
təsəvvür etmək üçün vaxtilə Hegelin gətirdiyi misala diqqət yetirək. Taxıl 
dənəsi əlverişli torpaqda bitir, göyərir və sünbülə çevrilir. Sünbül taxıl 
dənəsinin inkarı deməkdir. Lakin bu inkar taxıl dənəsini tam bir kənara 
atmır, onun bə
'
zi tərəflərini hifz edib saxlayır və inkişaf etdirir. Sünbülün 
yetişməsi nəticəsində onda taxıl dəni yaranır. Bu yeni taxıl dəni sünbülün 
inkarı deməkdir. 
Deməli yeni dən əvvəldə götürülən dənə nisbətən 
inkişaf etmiş formadır
. Buradan aydın olur ki, 
inkişaf tsiklinin başa 
çatması üçün inkar əməliyyatının iki dəfə təkrarlanması lazımdır

Qeyd olunmalıdır ki, hər bir inkişaf tsiklində (dövrəsində) inkarların sayı 
həmin hadisənin konkret özünəməxsusluğu ilə müəyyən olunur. Bu o 
deməkdir ki, inkarların sayı ikidən çox da ola bilir. 
Beləliklə, inkarı inkar qanunu inkişafın aşağıdakı mühüm 
xüsusiyyətini ifadə edir: 
ikinci inkarın nəticəsi əvvələ qayıtmaq demək 
deyildir. 
O özündə yenini- inkişaf momentini ifadə edir. Deyilənlər 
göstərir ki, inkişaf prosesi dairə formasında getmir. Inkişaf həm də düz xətt 
boyunca baş vermir. 
Inkişaf spiralvari formada gedən prosesdir

Spiralın hər bir yuxarı mərhələsi sanki əvvəlki mərhələyə qayıdır. Əslində 
bu əvvəlkinin təkrarı demək deyildir. Çünki bu qayıdış əvvəlkindən daha 
yüksək pillədə baş verir. 
Inkişafın spiral formasında baş verməsi onun heç də həmişə irəliyə 
doğru yönəlməsi demək deyildir. Inkişaf prosesində tənəzzül istiqamətində 
dəyişikliklər də baş verə bilir. Buna nümunə kimi virusları göstərmək olar. 
Onlar əvvəllər xeyli dərəcədə mürəkkəb quruluşlu canlı orqanizmlər kimi 
çıxış edirdilər. Sonralar isə canlı hüceyrələrdə tüfeyliliyə alışma prosesində 
tənəzzülə uğramışlar. 
Inkarı inkar qanununu bə
'
zən dialektik sintez qanunu adlandırırlar. 
Bu, inkişaf prosesində birinci və ikinci inkarların qovuşması faktına 
əsaslanır. Odur ki, həmin adı qismən qəbul etmək olar. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin