Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə223/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   219   220   221   222   223   224   225   226   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

5. Inkarı inkar qanunu 
Inkarı inkar qanunu inkişafın istiqamətini, burada köhnə ilə 
yeninin əlaqəsini aşkara çıxarır. 
Cansız təbiətdə inkişafa və inkara dair çoxlu misallar gətirmək olar. 
Məsələn, ulduzlar milyon illərlə mövcud olur, sonra isə sönür. Yaxud da 
Yerin geoloji dövrləri bir- birini əvəz edir. Canlı həyatda bitki və heyvan 
növləri bir müddət yaşayır, sonra məhv olur. Eyni sözləri cəmiyyət 
haqqında da demək olar. Belə ki, tarix başdan- başa insan nəsillərinin bir- 
birini əvəz etməsi deməkdir. Bütün bunlar sübut edir ki, inkişaf olan yerdə 
inkar da vardır. Köhnəni inkar etmədən yeni yarana və yetişə bilməz. Buna 
görə də demək olar: dünya hər bir dövrdə götürüldükdə keçmişin nəticəsi 
və gələcəyin rüşeymidir. 


181 
Inkarı inkar qanununun mahiyyətini açmaq üçün ilk növbədə 
inkar 
kateqoriyasına diqqət yetirilməlidir. 
Inkarın metafizik və dialektik anlamı
mövcuddur. Birinci, inkarı 
xarici qüvvənin tə
'
siri nəticəsi kimi götürür. Onu müəyyən predmetin və ya 
hadisənin birdəfəlik məhv edilməsi kimi izah edir. Əlbəttə təbiətdə belə 
inkar halları mövcuddur. Məsələn buzlaşma, su basqınları və vulkan 
püskürmələri nəticəsində bitki və heyvan növlərinin bütöv bir nəsli kəsilir. 
Lakin dünyada əsas yeri dialektik inkar tutur. Dialektik inkar isə özinkarı, 
daxili inkardır. Buna görə də hadisənin inkişafını dayandırmır. Əksinə 
onun daha da inkişaf etməsi üçün əlverişli şərait yaradır. Bu inkar yalnız 
köhnənin inkişafa mane olan tərəfini məhv edir. Həmin köhnənin müsbət 
tərəfi qorunub saxlanılır. 
Köhnə ilə mübarizədə yeni həmişə qələbə çalır. 
Çünki özündən savayı həm də köhnədə olan müsbət tərəfə arxalanır. 
Beləliklə dialektik inkar kateqoriyası inkişafın müəyyən mərhələsini 
ifadə edir. Bu mərhələ obyektin (hadisənin) nə isə bir başqasına çevrilməsi 
deməkdir. Lakin həmin prosesdə əvvəlki hadisənin (yə
'
ni inkar olunanın) 

'
zi tərəfləri saxlanılır. Inkar inkişaf prosesinin çox mühüm səciyyəsini 
təşkil edir. 
Metafizik inkar dağıdıcı (destruktiv) xarakter daşıyır. Köhnəni 
birdəfəlik ləğv edir. Bundan fərqli olaraq dialektik inkar köhnəni sadəcə bir 
kənara atmır, onun müəyyən tərəflərini qoruyub saxlayır və inkişaf etdirir. 
Yeninin tərkibinə inkar olunan hadisənin müəyyən müsbət tərəflərinin 
dəyişdirilmiş halda daxil olması 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin