Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


eni  hadisə mübarizənin nəticəsində törəyir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə220/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   216   217   218   219   220   221   222   223   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

eni 
hadisə mübarizənin nəticəsində törəyir
. Sonra, 
əksliklərin mübarizəsi 
inkişafın daxili mənbəyidir
. Digər tərəfdən, əksliklərin mübarizəsi 
labüddən onlar arasındakı vəhdəti pozur. Nəhayət, bu da göstərilməlidir ki, 
əksliklər qarşılıqlı surətdə bir birinə keçə bilirlər.Ziddiyyət predmetin əks 
tərəflərinin qarşılıqlı tə
'
sirini ifadə edir. Onun yaranmasının mənbəyi 
obyektdə əks istiqamətə yönələn meyillərdir. Ziddiyyətə dair aşağıdakı 
nümunələri göstərmək olar: cəzbetmə və dəfetmə, müsbət və mənfi elektrik 
yükləri, kimyəvi birləşmə və parçalanma, orqanizmdə assimilyasiya və 
dissimilyasiya, əsəb prosesində qıcıqlanma və ləngimə, ictimai həyatda 
əməkdaşlıq və mübarizə. Varlığın müxtəlif sahələrindəki ziddiyyətlər 
özünəməxsus xarakter daşıyır. Onların hamısı üçün ümumi cəhət də vardır. 
Bu ondan ibarətdir ki, inkişaf vahidin əksliklərə parçalanması, onların 
qarşılıqlı tə
'
siri, ziddiyyətin yaranması və həlli yolu ilə baş verir. 
Məsələn cansız təbiətdə əksliklərin qarşılıqlı tə
'
siri (maddə və 
sahənin qarşılıqlı tə
'
siri) nəticəsində elementar hissəciklər və onlardan 
ibarət müxtəlif sistemlər əmələ gəlir. Cəzbetmə və dəfetmə ziddiyyəti bir 
halda atom nüvəsini bağlayır, birləşdirir, digər bir şəraitdə onun 
parçalanmasına gətirir. Sonra, qravitasiya və dəfetmə qüvvələrin tə
'
siri 
səma cisimlərinin qalaktikada dövr etməsini tə
'
min edir. 
Üzvi aləmdə də özünəməxsus ziddiyyətlər var
. Ən ümumi halda 
orqanizm ilə onun mövcudluğu şəraiti arasındakı ziddiyyət göstərilməlidir. 
Onun həlli orqanizmdə maddələr mübadiləsini yeniləşdirir. Maddələr 
mübadiləsi özü də daxili ziddiyyətlidir. Assimilyasiya (qəbul olunan qidanı 
mənimsəmək yolu ilə maddələrin yaranması) və dissimilyasiya 
(maddələrin parçalanaraq orqanizm üçün enerji verməsi) bunu göstərir. 
Sübut olunmuşdur ki, insan bədənindəki zülalların təxminən yarıya qədər 
maddələr mübadiləsi nəticəsində 80 gün ərzində yenisi ilə əvəz olunur. 


179 
Qanda hər gün 350-500 milyard eritrosit məhv olur, bir o qədər də yenidən 
yaranır.
1

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin