keyfiyyətin bir tərəfinin ifadəsidir. Keyfiyyət predmeti bütöv bir tam kimi müəyyən edir. Kəmiyyət anlayışı da çox mühüm yer tutur. O hadisə və proseslərin
miqdarını, həcmini və sayını bildirir. Əgər keyfiyyət obyektin nisbi sabit
tərəfini əks etdirirsə, bundan fərqli olaraq kəmiyyət anlayışı onun
dəyişkənliyini göstərir.
Hər bir predmetin öz keyfiyyəti və kəmiyyəti vardır. Onlar bir
birindən ayrılmazdır. Bu vəhdət
ölçü anlayışında ifadə olunur. Ölçü
müəyyən keyfiyyətin və kəmiyyətin qarşılıqlı şərtlənməsi deməkdir. Digər
tərəfdən ölçü predmetdə baş verən dəyişikliklərin hüdudlarını ifadə edir.
Kəmiyyət dəyişmələri yalnız bu hüdudlar çərçivəsində baş verə bilir. On-
dan kənara çıxdıqda predmet öz keyfiyyətini itirir və yenisi ilə əvəz olunur.
Inkişaf prosesinin mexanizmi aşağıdakı kimidir: predmetdə baş
verən kəmiyyət dəyişmələri (onun miqdarının artması və ya azalması, dax-
ili dəyişkənliyin intensivliyi) müəyyən həddədək onun keyfiyyətinə tox-
unmur. Lakin elə bir an gəlib çatır ki, tədricən toplanan kəmiyyət
dəyişmələri köhnə keyfiyyətlə bir araya sığmır. Keyfiyyət ilə kəmiyyət
arasında ziddiyyət baş verir. Həmin ziddiyyətin həlli köhnə keyfiyyətdən
yenisinə keçid deməkdir. Bu keçid inkişafın fasiləsizliyində müəyyən fasilə
momentini ifadə edir və
sıçrayış adlanır. Deməli sıçrayış kateqoriyası
keyfiyyət dəyişmələrini göstərir. Sıçrayış inkişafın əvvəlki gedişi ilə
hazırlanan obyektiv prosesdir. O predmetdə baş verən ziddiyyətləri həll
edir. Yeni keyfiyyətə keçdikdən sonra predmetdə yeni ziddiyyətlər
qərarlaşır. Beləliklə sıçrayış predmetin yüksələn xətt üzrə inkişafını ifadə
edir. Baş vermə müddətinə görə
sıçrayışlar iki cür olur: ani sıçrayışlar və uzun dövrü əhatə edən sıçrayışlar . Birincilərə misal olaraq
mikroaləmdə elementar hissəciklərin bir- birinə çevrilməsini göstərmək
olar. Belə çevrilmə çox sür
'
ətlə- saniyənin milyonda biri ərzində baş verir.
Uzun müddətli sıçrayışlar isə adətən böyük dövr ərzində gedir və min
illərlə davam edir. Təbii şəraitdə uranın parçalanması, karbohidrogen (neft)
ehtiyatlarının yaranması bu qəbildəndir.
Yuxarıda deyilənlərə əsasən kəmiyyət dəyişmələrinin keyfiyyət
dəyişmələrinə keçməsi qanununu aşağıdakı kimi ifadə etmək olar. Bu qa-
nun maddi sistemlərin elə bir qarşılıqlı asılılığını ifadə edir ki,