Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə215/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   211   212   213   214   215   216   217   218   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

onların təkrarlanan olmasıdır
. Bu və 
ya digər qanunun fəaliyyəti üçün lazımi şərait mövcud olduqda o mütləq 

'
sir göstərir. Nəhayət, 
qanun əlaqələri öz ümumiliyi ilə 
səciyyələnir. Bu 
o deməkdir ki, müvafiq qanun müəyyən çoxluğa (sinfə) daxil olan bütün 
hadisələrdə fəaliyyət göstərir. 
Beləliklə qanun hadisələr arasında obyektiv, mühüm, zəruri, 
təkrarlanan və ümumi əlaqə formasıdır. 
Qanunların təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Məsələn 
öz 
əhatə dairəsinə görə
qanunlar xüsusi, ümumi və ən ümumi növlərə ayrılır. 
Xüsusi qanunlar
bir hərəkət forması daxilindəki hadisələr arasında 
fəaliyyət göstərir (məsələn biologiyada irsiyyət və dəyişkənlik, kimyada 
elementlərin dövri sistemi belə qanunlardandır). 
Ümumi qanunlar 
nisbətən geniş sahəni əhatə edir, bir neçə hərəkət formasına aid olur 
(məsələn fizikada enerjinin itməməsi və saxlanması qanunu bu 
qəbildəndir). Həmin qanun bütün maddi sistemlərdə tə
'
sir göstərir. 
Ən 
ümumi qanunlar 
universal əhatə dairəsinə malikdir. Onlar təbiətdə 
cəmiyyətdə və təfəkkürdə fəaliyyət göstərir. Dialektikanın qanunları 
belələrindəndir. 
Digər bir əlamətə- yönəlmə istiqamətinə görə 
qanunlar aşağıdakı 
iki növə bölünür: 
fəaliyyət qanunları
və 
inkişaf qanunları
. Birinci tip 
qanunlar hadisələr arasında statik (sabit) əlaqələri ifadə edir (məsələn 
ümumdünya cazibə qanunu). Inkişaf qanunları adından göründüyü kimi 
predmetlər arasında dəyişilmə meyllərini, onun müxtəlif perspektiv 
pillələrini səciyyələndirir (məsələn. təbii tarixi inkişaf prosesində 
materiyanın mürəkkəbləşməsi və şaxələnməsa qanunu). 


175 
Fəaliyyət qanunları ilə inkişaf qanunları bir- birilə sıx əlaqəlidir. Bu 
onların istiqamətləri (mövcudluq və inkişaf) arasındakı vəhdətdən irəli 
gəlir. 
Nəhayət, qanunlar 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin