173
Inkişafın müvazinət nəzəriyyəsi də
mühüm yer tutur. Onun
nümayəndələri (H.Spenser, Le Dantek, L.Üord) göstərirdilər ki, inkişafda
müvazinət əsasdır, mübarizə isə müvəqqəti və zərərlidir. Müvazinəti
obyektdən kənar qüvvələr pozur. Onların fikrincə inkişaf müvazinətin
pozulması və yenidən bərpa olunması sxemi üzrə gedir. Beləliklə, həmin
nəzəriyyə müvazinəti mütləqləşdirir, onu ziddiyyətlərdən kənarda götürür.
Onun digər nöqsanı ziddiyyəti (münaqişələri) birmə
'
nalı şəkildə mənfi
qiymətləndirməsidir.
Inkişafın dialektik materialist modeli
onu daxili ziddiyyətli
qüvvələrin tə
'
sirilə baş verən yeni keyfiyyətə keçid kimi səciyyələndirir.
Onun əsasını K.Marks və F.Engels qoymuşlar. Bu modeldə əvvəllər
insanın humanizmi, onun mə
'
nəvi inkişafı əsas yer tuturdu. Sonralar isə bu
tə
'
lim həddən artıq siyasiləşdirildi və ideolojiləşdirildi. Onun acı aqibətini
keçmiş SSRI-nin təcrübəsi sübut edir.
Dialektikanın qarşılıqlı əlaqə və inkişf prinsipləri bir- birindən
ayrılmazdır
. Onların vəhdəti genetik xarakter daşıyır. Bu o deməkdir ki,
predmetlərin qarşılıqlı əlaqəli və tə
'
siri inkişafı yaradır.
Dialektikanı tətbiq edərkən idrakın və fəaliyyətin konkret şəraiti
nəzərə alınmalıdır. Dialektikanın bəsit izahı bu tələbə məhəl qoymur.
Nəticədə dialektika canlı nəzəriyyədən quru ehkama çevrilir, onun tənqidi
funksiyası mütləqləşdirilir. Məsələn, «neqativ dialektika» adlanan
cərəyanın tərəfdarları (T.Adorno, M.Xorkhaymer və başqaları) bu cür
hərəkət edirlər. Onlar təbiətə, cəmiyyətə və mə
'
nəvi mədəniyyətə
münasibətdə anarxizm və ifrat inqilabçılıq mövqeyindən çıxış edirlər.
Birinci mövzuda deyildiyi kimi dialektika ilə yanaşı gerçəkliyi dərk
etməyin metafizik metodu da vardır. Bu metodlar bir- birindən fərqlənir.
Lakin dialektika ilə metafizikanı bir- birnə qarşı qoymaq doğru deyildir.
Çünki onlar həm də müəyyən qədər əlaqəlidir. Belə ki, dialektik metod
metafizikanı bir kənara atmır. Ondakı qiymətli cəhətləri götürür. Məsələn
metafizik metodun əsasında obyektlərin dəyişməzliyi ideyası durur. O
yalnız kəmiyyət dəyişmələrini qəbul edir.
Dostları ilə paylaş: