Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə221/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   217   218   219   220   221   222   223   224   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Cəmiyyətdə istehsal ilə istehlak
, müxtəlif partiyalar, dövlətlər 
arasında, köhnəliklə yeniliyin bütün təzahürləri arasında ziddiyyətdər 
vardır. Bunlarla yanaşı mə
'
nəvi mədəniyyətdə, elmi biliyin inkişafında yeni 
biliklərlə köhnəlmiş müddəalar arasında müxtəlif və bir- biri ilə əks 
mövqelərin mübarizəsi baş verir.
Sonra qlobal miqyaslı ziddiyyətlər vardır. Deyilənlərdən əlavə bütün 
dövrlərdə fəaliyyət göstərən ümumi sosioloji ziddiyyətlər mövcuddur (is-
tehsal ilə tələbat arasındakı ziddiyyət). 
Qeyd edək ki, hadisələrə sükunət halında yanaşdıqda, onda 
ziddiyyət aşkar olunmur. Ziddiyyət hadisəni dəyişilmə və inkişaf halında 
götürdükdə üzə çıxır. 
Ziddiyyət, dəyişilmə və inkişaf bir- birindən ayrılmazdır. Inkişaf 
və özhərəkətin olduğu yerdə dialektik ziddiyyət də mövcuddur.
Dialek-
tik ziddiyyət predmet və hadisələrin əks, bir- birini istisna edən, daxili 
vəhdətdə olan və qarşılıqlı nüfuz edən, özhərəkətin və inkişafın mənbəyi 
rolunu oynayan tərəflərin və meyllərin qarşılıqlı tə
'
siridir. 
Dialektik ziddiyyət müəyyən bir tamın daxilində əksliklərin həm 
vəhdətini və həm də mübarizəsini ifadə edir. 
Ziddiyyətlərin xarakteri əks tərəflərin spesifikliyi və onların 
mübarizəsinin konkret şəraiti ilə müəyyən olunur. Bu mə
'
nada 
ziddiyyətlərin bir çox növləri vardır (daxili və xarici antaqonist və qeyri- 
antaqonist, əsas və qeyri- əsas, başlıca və başlıca olmayan və s.). 
Daxili ziddiyyət 
müəyyən obyektdə olan əks tərəflərin qarşılıqlı 

'
siridir. Heyvanlarda və bitkilərdə növdaxili mübarizə, müəyyən bir orqa-
nizm daxilində əks proseslərin mübarizəsi buna misaldır. 
Əgər daxili ziddiyyət sistemin hüdudlarından kənara çıxmırsa, xarici 
ziddiyyət müəyyən obyekt ilə ondan kənarda olanlar arasında baş verir. 
Qeyd olunmalıdır ki, ziddiyyətlərin bu növlərə bölgüsü nisbi xarakter 
daşıyır. Belə ki, eyni bir ziddiyyət yanaşma səpkisindən asılı olaraq daxili 
və ya xarici ola bilər. 
Xarici ziddiyyətlərə misal kimi təbiət ilə cəmiyyət, orqanizm ilə 
mühit arasındakı ziddiyyətləri göstərmək olar. 
Inkişafda daxili və xarici ziddiyyətlərin roluna da diqqət 
yetirilməlidir. Onlar ümumilikdə bir- birindən ayrılmazdır. Lakin konkret 
vəziyyətdə daxili ziddiyyətlər inkişafda aparıcı rol oynayır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin