177
görmək olar. Biz suyu 99 dərəcəyə qədər qızdırdıqda onda kəmiyyət
dəyişmələri baş verir və toplanır. Lakin bu dəyişikliklər suyun keyfiyyətinə
toxunmur. Temperaturu bir dərəcə artıraraq 100 dərəcəyə çatdırdıqda,
kəmiyyət dəyişiklikləri yeni keyfiyyətə keçir (yə
'
ni su mayelikdən çıxır,
buxar keyfiyyəti əldə edir). Yaxud başqa bir misal:
iki kilometr
yüksəklikdə uçan mərminin sür
'
əti saniyədə 1000, 2000... 7910
metr olarsa,
o qayıdıb torpağa düşür. Sür
'
ət cəmi bir metr artaraq 7911-ə çatdıqda uçuş
öz keyfiyyətini dəyişir və kosmik xarakter alır. Kosmik sür
'
ət çoxalaraq
saniyədə 11189 metr olduqda uçuş planetlərarası uçuşa və 16662
metrə
çatdıqda isə ulduzlararası uçuşa çevrilir.
1
4. Əksliklərin vəhdəti və mübarizəsi qanunu
Əksliklərin vəhdəti və mübarizəsi qanunu inkişaf
prosesinin daxili
mənbəyini və hərəkətverici qüvvəsini açır
.
Buna görə də o dialektika
sistemində çox böyük rol oynayır.
Bu qanunun izahına onu ifadə edən əsas anlayışların şərhi ilə
başlamaq məqsədəuyğundur. Belə anlayışlar «eyniyyət», «fərq», «əkslik»
və «ziddiyyət»dir.
«Eyniyyət» kateqoriyası
predmetin
müəyyən zaman ərzində öz-
özünə bərabər olmasını, eyniyyət təşkil etməsini səciyyələndirir. Nəzərdə
tutulmalıdır ki, hər bir predmet fasiləsiz surətdə dəyişilmədədir. Buna görə
də predmetin eyniyyətdə olması müvəqqətidir.
O tezliklə, öz- özündən
fərqlənir.
«Fərq»
dedikdə hər hansı bir obyekti başqalarından ayıran cəhət
və əlamətlər nəzərdə tutulur.
Dostları ilə paylaş: