180
Antaqonist ziddiyyətlər əsas mənafeləri bir- birinə əks olan sosial
qruplar və qüvvələr arasındakı ziddiyyətlərdir. Onlar barışmazdır. Qeyri
antaqonist ziddiyyətlər fərdlər, sosial birliklər və ölkələr arasında əsas
mənafelərin ümumiliyi daxilində mövcud olur. Sosial həyatdakı
ziddiyyətlərin vaxtında və düzgün aşkar etmək, cəmiyyəti elmi idarə etmək
üçün zəruridir.
Əsas və qeyri- əsas ziddiyyətlər də bir- birindən fərqlənir. Əsas
ziddiyyət müəyyən sistemdə aparıcı yeri tutur və qalan ziddiyyətlərə güclü
tə
'
sir göstərir. Əsas ziddiyyət ilə başlıca ziddiyyət eyni deyildir. Sonuncu
qəbildən olan ziddiyyət hadisənin inkişafının həmin mərhələsində həlledici
rol oynayır.
Inkişaf prosesində ziddiyyətlərin vəziyyəti dəyişilir. Onların
münasibəti harmoniya, disharmoniya və münaqişə vəziyyətində olur. So-
nuncu ziddiyyətlərin kəskinləşməsinin axırıncı həddidir.
Ziddiyyət yalnız həll edildikdə inkişafın mənbəyi rolunu oynayır.
Buna görə də demək olar ki, ziddiyyətlər və onların həlli olan yerdə inkişaf
da vardır.
Ziddiyyətləri həll etməyin əsas formaları bunlardır: əksliklərin bir-
birinə və yüksək səviyyəyə keçməsi; bir əksliyin digər əkslik üzərində
qələbəsi; hər iki əksliyin məhv edilməsi və yenilərinin yaranması.
Ziddiyyətlərin inkişafı və həlli prosesi bir neçə mərhələni əhatə edir.
Ilk mərhələdə əksliklərin fərqliliyi ilə müqayisədə eyniyyət üstün olur.
Əslində bu mərhələdə ziddiyyət gizli şəkildə çıxış edir, rüşeym halında
özünü göstərir. Sonrakı mərhələdə əksliklər arasındakı münasibətlərdə
ziddiyyət üstünlük təşkil edir. Nəhayət üçüncü mərhələdə ziddiyyətlər həll
olunur, yə
'
ni sıçrayış yolu ilə köhnə keyfiyyət ləğv olur, onun yerinə yeni
hadisə yaranır.
Dostları ilə paylaş: