əlaqə və varislik mə ' nəvi mədəniyyət sferasında daha aydın görünür . Belə ki, mədəniyyətin hər bir mərhələsi,
ondan əvvəlki dövrün nümunələrini qoruyub saxlayır və daha da inkişaf
etdirir. Bunu Azərbaycan xalqının əsrlər boyu yaratdığı və nəsildən- nəslə
ötürdüyü mədəniyyət incilərinin nümunəsində yəqin etmək olar. Bu sahədə
davam edən varisliyin nəticəsidir ki, Nizami, N.Tusi, Füzuli, M.Axundov,
C.Məmmədquluzadə və onlarca digər sənət korifeylərinin yaradıcılığında
irəli sürülmüş qiymətli ideya və fikirlər bu gün də öz əhəmiyyətini
saxlayır. Lakin inkişafda varislik inkarı istisna etmir, əksinə onun olmasını
şərtləndirir. Çünki ondan kənarda inkişaf da yoxdur. Tarix sübut edir ki, o
bu günə qədər inkar vasitəsilə inkişaf etmişdir. Onun keçdiyi hər bir
mərhələ özündən əvvəlkinin inkarı olmuşdur.
Inkarın mexaniki anlamı əvvəlki mərhələ ilə əlaqə və varisliyi inkar
edir. Beləliklə də inkarın dağıdıcı, rədedici momentini mütləqləşdirir.
Eynilə də digər ifrat hədd yol verilməzdir. Söhbət inkişafda varisliyin rolu-
nun şişirdilməsindən gedir. Bu halda yeninin əhəmiyyəti lazımi
qiymətləndirilmir.
Inkişafda varisliyə məhəl qoymamaq daha çox
nihilizmdə və
anarxizmdə ifadə
olunur.
Onların
nümayəndələri
T.Adorno,
M.Xorkxaymer (neqativ dialektika tə
'
limi) və P.Lorenso, M.juaye (anar-
xizm) ən
'
ənələrə mənfi münasibət bəsləyirlər. Onların fikrincə inkişafda
hər bir mərhələ sözün əsl mə
'
nasında məhz özündən başlayır.
Sosial nihilizm cəmiyyətin tərəqqisinə böyük ziyan vurur. Bunu
keçmiş SSRI-nin ilk illərində yayılmış proletkultçuların nümunəsində
görmək olar. Onlar burjua cəmiyyətinin mədəniyyəti ilə hər cür əlaqəni
pisləyirdilər. Sonralar ÇXR-dəki mədəni inqilab (Xunveybin hərəkatı) da
bu yolu tutduğu üçün elmin və mədəniyyətin inkişafına böyük zərbə vurdu.
183
Inkarı inkar qanununu izah edərkən belə bir sual qarşıya çıxır.