Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


V FƏSIL   DIALEKTIKANIN KATEQORIYALARI



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə228/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   224   225   226   227   228   229   230   231   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

V FƏSIL
 
DIALEKTIKANIN KATEQORIYALARI 
 
1. Dialektikanın kateqoriyaları və ümumelmi
anlayışlar 
 
Ümumi dialektika sistemində prinsiplər və qanunlar ilə yanaşı kate-
qoriyalar da çox mühüm yer tutur. Əslində dialektikanın prinsip və 
qanunları onun kateqoriyaları vasitəsilə ifadə olunur. Belə ki, «kateqoriya-
lar obyektiv dünyanın universal qanunlarının fikirdə in‟ikas formalarıdır».
Əvvəlki mövzularda dialektikanın bir sıra kateqoriyalarını (varlıq, 
materiya, hərəkət, məkan, zaman və sair) nəzərdən keçirtdik. Lakin 
kateqoriyaların siyahısı onlarla bitmir. Buraya daxil olan digər əsas kote-
qoriyalarla indi tanış olacağıq. 
Əvvəlcə kateqoriya anlayışının nə demək olduğuna diqqət yetirək. 
Hər bir 
elmin əməliyyat apardığı əsas və fundamental anlayışlar onun 
kateqoriyalarını təşkil edir
. Lakin bütün kateqoriyalar anlayışlar olsalar 
da, bütün anlayışlar hələ kateqoriyalar demək deyildir. Çünki kateqoriya-
lar anlayışlardan daha geniş həcmə malikdir. Digər tərəfdən ayrı-ayrı 
elmlərin kateqoriyalarından fərqli olaraq dialektikanın kateqoriyaları ən 
ümumi məzmuna malikdir. Belə ki, onlar varlığın bütün sahələrini (təbiəti, 
cəmiyyəti və təfəkkürü) əhatə edir. 
Öz həcminin genişliyi baxımından ümumelmi anlayışlar dialektika 
kateqoriyalarına xeyli dərəcədə yaxındır. Buna görə dialektika 
kateqoriyalarını ayrı-ayrılıqda şərh etməzdən əvvəl 
onların ümumelmi 
anlayışlar ilə münasibətlərini göstərmək lazımdır
. Bu ona görə 
zəruridir ki, qeyd olunan münasibətlər bə‟zən düzgün izah olunmur. 
Məsələ bundadır ki, müasir dövrdə elmlərin inteqrasiyası əsasında bir neçə 
elm sahəsində istifadə olunan anlayışlar yaranır. Bunlara misal olaraq 
funksiya, informasiya, ehtimal, idarəetmə, öz-özünü təşkil etmə 
və 
başqalarını göstərmək olar. Hazırda elmlərin riyaziləşməsi meyli 
gücləndikcə, inteqrativ elmlər (kibernetika, sinergetika, bionika, ekologiya 
və s.) əmələ gəlir və onların birgə istifadə etdikləri anlayışların sayı da 
çoxalmaqdadır. 
Qeyd olunmalıdır ki, fəlsəfi kateqoriyalar ilə ümumelmi anlayışlar 
bir birilə sıx əlaqə və vəhdətdədir. Sonuncular, nisbətən məhdud əhatə 
dairəsinə malik olan xüsusi elmi anlayışlar ilə fəlsəfi kateqoriyalar 
arasında əlaqələndirici vasitə kimi çıxış edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin