Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə210/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   206   207   208   209   210   211   212   213   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Lakin Zenon 
hərəkətin fasiləli olmasına daha çox diqqət yetirirdi
. Mexaniki 
hərəkətin çətinliyini izah etmək üçün belə bir misal gətirirdi: uçuşda olan 
ox hər bir konkret momentdə müəyyən məkanda olur. (yə
'
ni onun fikrincə 
sükunətdə olur) Ayrı- ayrı sükunətlərin məcmusu isə yalnız sükunət verə 
bilər. Buradan da belə bir nəticə çıxarırdı ki, hərəkət yoxdur. Antik dövrün 
digər mütəfəkkiri, Platon fəlsəfə tarixinə dialoqlar aparmağın mahir ustası 
kimi daxil olmuşdur. O dialektikaya şifahi nitqi düzgün qurmaq 
1
Bax: Материалисты Древней Греции. М., 1955, с.50. 


171 
qabiliyyəti, dəqiq suallar irəli sürmək və onlara cavab vermək məharəti 
kimi yanaşırdı. Platon öz dialoqlarını görkəmli filosofların adı ilə (Sokrat, 
Kratil, Parmenid və başqaları), yaxud da aparıcı ideyaların adı ilə (ədalət, 
xeyirxahlıq, dövlət və sair)adlandırırdı. Doğrudur, Platon ideyaları əbədi, 
dəyişməz və hərəkətsiz hesab edirdi. Bununla yanaşı o özünün bir sıra 
dialoqlarında 
əks anlayışların (varlıq və qeyri varlıq, hərəkət və 
sükunət, əmələ gəlmə və məhv olma) vəhdəti ideyasını inkişaf 
etdirmişdir. 
Aristotel isə dialektikanı materiya ilə formanın qarşılıqlı 
münasibətlərinə tətbiq etmişdir. O həmin iki tərəfin qarşılıqlı çevrilməsini 
göstərmişdir. Aristotelin fikrincə bunun nəticəsində mərmər heykəl, ağac 
isə stol formasını əldə edir. 
Orta əsrlərdə və Yeni dövr fəlsəfəsində dialektikaya aid müəyyən 
maraqlı fikirlər söylənilmişdir. Lakin onlar əksərən dağınıq xarakter 
daşıyırdı. Buna görə də dialektikanın inkişafının 
ikinci tarixi mərhələsi 
klassik alman fəlsəfəsinin dialektikası (Kant, Fixte, Şellinq və xüsusən də 
Hegel) hesab olunur. 
Kantın fəlsəfi yaradıcılığında ən çox transendental dialektika 
məsələlərinə geniş yer verilmişdir. Burada o ali idraki qabiliyyət hesab 
etdiyi zəkanı təhlil etmişdir. Fixte isə fərdi «Mən» ilə ondan kənarda olan 
bütün varlığın- qeyri- «Mən»in dialektik vəhdətini irəli sürmüşdür. Şellinq 
təbiətdə gedən proseslərin dialektik mahiyyətini açmağa çalışmış, onları 
əksliklərin qarşılıqlı tə
'
sirinin məhsulu hesab etmişdir. Fəlsəfi fikir 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin