Məkan xassələri obyektiv olduğu üçün bütün canlılar kimi in- sanlar da ona uyğunlaşırlar . Bunu aşağıdakı faktlardan da görmək olar.
Yer üzündə həyat ilk dəfə kürəyə bənzər formaya malik koaservatlar
şəklində meydana çıxmışdır. Sonrakı təkamül gedişində canlı orqanizmlər
tədricən kürəyə bənzər formadan uzunsov formaya çevrilmişlər. Buna
səbəb o idi ki, köhnə forma məkanın obyektiv xassələri ilə uyuşmurdu.
Çünki kürənin həcmi (kütləsi) dörd dəfə artdıqda onun səthi yalnız iki dəfə
artır. Beləliklə canlının yeni kürə formasının kütləsi qidanın da dörd dəfə
artırılmasını tələb edirdi, halbuki qidalandırıcı mühit ilə təmasda olan üz
tərəfi iki dəfə artmışdı. Odur ki, təbii seçmə qanununun fəaliyyəti
gedişində yalnız o orqanizmlər yaşaya bildilər ki, onlar kürəyə bənzər yu-
mru formadan uzaqlaşaraq, uzunsov şəkil aldılar. Onların isə xarici mühit
ilə təmasda olan sahəsi daha genişdir.
1
Üzvi aləmlə, xüsusilə də cansız təbiətlə müqayisədə cəmiyyətdə
gedən sosial proseslərin inkişaf tempi xeyli fərqlənir. Tarix inkişaf etdikcə
sosial dəyişikliklər, sosial vaxt da sür‟ətlənir.
Sosial həyatda məkan- zaman xüsusiyyətləri siyasi sferada daha çox rəngarəng olması ilə seçilir . Bu rəngarənglik siyasi strukturların qey-
ri- bərabər bölünməsi, onların keyfiyyətcə müxtəlifliyi və digər amillər ilə
izah olunur. Siyasi həyatın məkanca qeyri- yekcins, qeyri- bərabər olması
aşağıdakı əsas əlamətlərlə bağlıdır.
Birinci növbədə siyasi mərkəzlər və
siyasi əyalətlər məsələsinə diqqət yetirilməlidir. Mə‟lumdur ki, siyasi
mərkəzlər hakimiyyətin, siyasi institutların və ziyalıların əksəriyyətinin
cəmləndiyi məkandır. Əyalətlər isə bu münasibətdə mərkəzdən
fərqlənirlər. Yaxud qüvvə baxımından yanaşdıqda legitim və qeyri- legitim
siyasi strukturları ayırmaq olar. Birincilər qanuna, ikincilər isə qüvvəyə
(gücə) arxalanır.