Di- alektika təkcə elmi nəzəriyyə deyildir. O həm də təfəkkür metodu və dünyanı izahetmə metodologiyasıdır. Dialektika (hərfi mə
'
nası söhbət
etmək, mübahisə aparmaq məharəti deməkdir) birdən birə yaranmamış,
böyük inkişaf yolu keçmişdir. Onun aşağıdakı tarixi mərhələləri vardır:
antik dövrün kortəbii dialektikası, klassik alman fəlsəfəsinin dialektikası,
və marksist dialektika (materialist dialektika).
Antik dialektika (Heraklit, Sokrat, Platon, Zenon, Aristotel və
başqaları) ilk mərhələdir. «Dialektikanın mə
'
nəvi atası» olan Efesli Herak-
lit onu əksliklərin mübarizəsi yolu ilə təbiət hadisələrinin hərəkəti və
inkişafı kimi təsəvvür edirdi. Onun fikrincə əksliklərin mübarizəsi
dünyadakı dəyişiklikləri ifadə edən ümumi qanundur. O bunu loqos
adlandırırdı. Heraklitə görə dünyada hər şey- canlı ilə ölü, oyaq ilə yatan,
gənclik ilə qocalıq, aclıq ilə toxluq, yorğunluq və istirahət, gözəllik və
eybəcərlik, təmizlik və çirkinlik və sair bir- birilə mübarizədədir.
1
Dialek- tika o dövrdə həqiqətə nail olmaq və öz fikirlərinə tərəfdarlar tapmaq məqsədilə aparılan dialoqlar formasında mövcud olmuşdur. Belə ki,
Sokrat dialektikaya həqiqəti aşkar etməyin və yeni fikir söyləməyin
mühüm vasitəsi kimi yanaşmışdır. Onun fikrincə mübahisə gedişində
əvvəldən müxtəlif, bə
'
zən də əks olan tərəflər toqquşur və tədricən bir-
birilə razılığa gəlirlər. Nəticədə yeni fikir yaranır, həqiqət aşkarlanır. Buna
görə də o dialektikanı maevtika (mamaçılıq məharəti) adlandırırdı. Sokrat
dialektikada istehza metodundan daha çox istifadə etmişdir. Zenon Eleyalı
isə hərəkətin ziddiyyətliliyi nümunəsində dialektik fikirlər söyləmişdir. O
özünün aporiyalarında (çıxılmaz vəziyyət deməkdir) göstərirdi ki, hərəkət
sonsuzluq ilə sonluğun, fasiləsiz ilə fasiləliyin ziddiyyətidir.